"ƏDV-nin ləğvi çap mediasının inkişafına təkan verəcəkdir"
Yusif Nəzərli
16:44 13.05.2022
Media
904
Azərbaycan Respublikasının Baş nazirinin imzaladığı müvafiq qərarla ölkəmizdə kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilib.
Trend xəbər verir ki, məsələ ilə bağlı Medianın İnkişafı Agentliyinin mətbuat katibi Səidə Şəfiyeva bildirib ki, son vaxtlar dünyada qiymət artımının həm də kağız məmulatlarına təsir etməsi daxili bazarda da müşhaidə olunurdu. Qiymətlərin yüksəlməsinin istifadəçilərə və media subyektləri üzərində xərclərin minimallaşdırmasına dəstək məqsədilə dövlət bu tip məhsulların idxalından 18 faiz əlavə dəyər vergisini azad edib.
Bu qərar daxili bazarda həmin məhsulların qiymətlərinin əlavə dəyər vergisi qədər ucuzlaşmasını, qiymətlərin aşağı olmasını stimullaşdıracaq və çap mediası məhsullarının maya dəyərini və istehsal xərclərini əsaslı şəkildə azaltmaqla inkişafına təkan verəcəkdir.
S.Şəfiyeva onu da vurğulayıb ki, Medianın İnkişafı Agentliyində məsələ ilə bağlı ölkənin çap mediası subyektlərinin rəhbərləri və yayım şirkətləri ilə görüş və müzakirələrdə səsləndirilən fikirlər bu yanaşmanı dəstəkləyir.
Medianın İnkişafı Agentliyinin nümayəndəsi onu da əlavə edib ki, qərar çap mediası subyektlərinin və yayım şirkətlərinin səmərəli fəaliyyətinə və iqtisadi dayanıqlılığının artmasına əhəmiyyətli dərəcədə təsir göstərəcəkdir.
Oxşar xəbərlər
Jurnalistlərə saxta zəng xəbərdarlığı: tanınmış şəxslərin adından istifadə olunur - XƏBƏRDARLIQ
16:00 14.10.2026
Media və Yayım Şurası: Azərbaycan haqqında əsassız və qərəzli materiallara qarşı heç bir tədbir görülməməsi ciddi narazılıq doğurur
10:44 14.10.2026
Xəbər lenti
Hamısına bax
Çin və Rusiya XİN rəhbərləri Bakıda görüşüb
18:18 14.10.2026
Gündəm
Tacikistan Prezidenti Azərbaycana səfərə gəldi
18:10 14.10.2026
Rəsmi
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
17:54 14.10.2026
Gündəm
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:46 14.10.2026
Gündəm
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial