Efirdə BİABIRÇILIQ: Zaur iranlı müğənnini efirdən niyə qovdu? - VİDEO
Efirdə BİABIRÇILIQ: Zaur iranlı müğənnini efirdən niyə qovdu? - VİDEO
Yusif Nəzərli
08:15 30.06.2022
Media
811
Aparıcı Zaur Kamal iranlı müğənni Afşin Azərini efirdən qovub.
Hadisə ARB TV-də yayımlanan “Həmin Zaur” verilişində baş verib.
Afşin aparıcının “İrandan çoxsaylı tamaşaçımız olduğu üçün buradasınız” sözlərinə cavab olaraq, “O sizin fikrinizdir, mən heç nə deyə bilmərəm. Bizim yanımızda böyük hörmətiniz var. Yəni deyirsiniz ki, məni Azərbaycanda sevmirlər?”, - deyə əlavə edib. Zaur isə öz növbəsində “Şəhərdə müsahibə götürdük, adını bilmirlər, amma mahnılarınızı eşidiblər. Efirdən əvvəl mənimlə başqa tonda danışdınız, xoşuma gəlmədi. Dediniz ki, Ali Porme və ya digər iranlı müğənnilər kimdir ki, mənim yanımda? İranda səhnələri doldururam” deyib.
Daha sonra aparıcı və müğənni arasında gərginlik yaranıb.
Azərin Zaurun bəhs etdiyi söhbəti xatırlamadığını bildirərək “İki kişinin xüsusi söhbəti biri-birinin yanında qalsa daha yaxşı olar” deyib.
Bu sözlərdən sonra Z.Kamal “Mən səni efirdən çıxaracağam, sən bir də mənim proqramımda olmayacaqsan” deyərək, müğənnini efirdən qovub.
Reklamlandan sonra Zaur məsələ barədə açıqlama verərək “Günahı özümdə görürəm. Yeganə aparıcıyam ki, İrandan gələn müğənnilərə həmişə sonsuz hörmətim olub. Afşin Azərin efirdən öncə deyir ki, digər iranlı müğənniləri niyə çağırırsan? Orada onları bir o qədər sevmirlər. Həmin müğənnilərlə məni eyni tərəziyə qoyma. Qonaq gəlmisənsə, özünü qonaq kimi apar”, - deyə qeyd edib.
Sosial şəbəkə izləyiciləri isə Zaurunun bu hərəkətini sərt tənqid edərək onun ünvanına “Sənə ayıb olsun, adam qonağı qovmaz”, “Kişi olsaydın arxada deyilən sözə arxada cavab verərdin. Çıxıb efirdə şou etməzdin”, “Zaur, utan yerə gir”, “Heç düz hərəkət etmədin, biz o müğənnini tanıyırıq və çox sevirik” kimi şərhlər yazılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio İsrailin ABŞ-İran razılaşmasını pozmağa çalışdığını düşünmür
22:36 24.06.2026
Dünya
Ölümlə həyat arasında: Norveç şahzadəsi ağır əməliyyatdan çıxdı
22:20 24.06.2026
Dünya
İran XİN sözçüsü Rubionun açıqlamalarına münasibət bildirib
21:46 24.06.2026
Gündəm
ABŞ bizdən bunu tələb etməyib - Katz
21:29 24.06.2026
Dünya
Ruslar böyük itkilər verirlər, inanılmaz rəqəmlərdir - Rutte
21:02 24.06.2026
Dünya
Qaraçuxurda güclü yanğın baş verib
20:48 24.06.2026
Hadisə
İranla danışıqlar iyunun 30-da davam etdiriləcək
20:35 24.06.2026
Gündəm
Messi: Tanrıdan daha bir çempionluq diləmək çox olardı
20:34 24.06.2026
Futbol
Milli Məclisin sədri Qalibafla görüşüb
19:47 24.06.2026
Siyasət
Əli Əsədov Numan Qurtulmuşla görüşdü
19:38 24.06.2026
Siyasət
Şərurda ilan 60 yaşlı kişini sancıb
19:31 24.06.2026
Hadisə
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:48 24.06.2026
Rəsmi
Naxçıvanın bəzi çaylarından sel keçir
18:33 24.06.2026
Ekologiya
Gəncə Birləşmiş Xəstəxananın direktoru vəzifəsindən azad edilib
18:31 24.06.2026
Cəmiyyət