Əhməd İsmayılov: Azərbaycanla Gürcüstanın media qurumlarının əməkdaşlığı vacibdir

Azərbaycan–Gürcüstan dostluğu və strateji tərəfdaşlığı yaşadığımız regionda nümunəvi əməkdaşlıq modelidir.

APA xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Bakıda keçirilən “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda keçirilən Azərbaycan-Gürcüstan Media Forumunda çıxışı zamanı deyib.

Əhməd İsmayılov iki ölkənin media qurumları arasında da əməkdaşlığın inkişaf etdirilməsinin vacib olduğunu qeyd edib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru qlobal informasiya mühitinin çağırışlarını əsas götürərək Gürcüstanın aparıcı media qurumlarının təmsilçiləri, media ekspertləri ilə birlikdə fikir mübadiləsini lazımlı hesab etdiklərini vurğulayıb.

“Bizim ilk forumumuz isə əlaqələrimizin media sahəsində də yeni mərhələyə qədəm qoymasına imkan yaradacaqdır”, - Əhməd İsmayılov əlavə edib.