Əhməd İsmayılov: "Qlobal Media Forumunda bir sıra vacib məsələlər müzakirə olundu"
Yusif Nəzərli
09:56 23.07.2023
Media
1302
"Şuşa Qlobal Media Forumunda rəqəmsal media mühitində transformasiya, media mühitinin müzakirələri və süni intellektin jurnalistikaya, media sahəsinə təsiri çox ciddi müzakirə olundu. Çap mediası, ənənəvi media və yeni media arasındakı fərqlər və yeni media dövründə bizim ənənəvi mediamızın dünyadakı ənənəvi medianın rolu və bundan sonrakı fəaliyyət istiqamətləri üzrə dərin müzakirələr aparıldı".
"Report" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumunun yekunları ilə bağlı jurnalistlərə müsahibəsində deyib.
"Doğma Şuşamızda Qlobal Media Forumu keçirilir. Forumun ilk günündə Prezident İlham Əliyevin iştirakı çox böyük əhəmiyyət daşıyırdı. Forum iştirakçılar tərəfindən də böyük rəğbət və maraqla izlənildi. Üç saata yaxın vaxt ərzində 60-dan çox yerli jurnalistin, media subyekti rəhbərlərinin sualları cavablandırıldı. Azərbaycan Prezidenti çıxışında Azərbaycanda media sahəsində islahatların istiqamətlərini də müəyyən etmiş oldu", - o, vurğulayıb.
Ə.İsmayılovun sözlərinə görə, Şuşa Qlobal Media Forumunun əsas məqsədi müasir mediada gedən proseslərin daha dəqiq izlənilməsi, müzakirə olunması, fikir mübadilələrinin aparılması idi.
O qeyd edib ki, forum çərçivəsində media savadlılığının dezinformasiyaya qarşı mübarizə üsulu kimi əsas istiqamət olduğu vurğulandı və bununla bağlı media ekspertləri ilə təcrübə mübadiləsi həyata keçirildi:
"Belə bir forumların keçirilməsinin əsas məqsədi məhz Azərbaycan mediasında, ictimaiyyətində də media savadlılığı sahəsində həyata keçirilən prosesləri dünyada gedən proseslərə inteqrasiya etmək və vahid şəkildə tətbiq etməkdir".
Oxşar xəbərlər
Fərid Şəfiyev: Azərbaycan-Türkiyə birliyinə qarşı mütəşəkkil dezinformasiya kampaniyaları aparılır
12:49 15.09.2026
Burhanettin Duran: Türk dövlətləri media sahəsində əməkdaşlığı daha da gücləndirməlidir
11:37 15.09.2026
Xəbər lenti
Hamısına bax
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya