Əhməd İsmayılov:“Ulu öndər daim jurnalistlərin problemləri ilə maraqlanıb"
Yusif Nəzərli
07:14 08.05.2023
Media
1103
“Ulu öndər Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi vaxtda xalqımızın milli-mənəvi dəyərlərinin yaşadılmasına, daha da möhkəmlənməsinə böyük önəm verdiyindən medianın işini, jurnalist əməyini daim yüksək qiymətləndirib”.
“Report”un xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov rəhbərlik etdiyi qurumun və Audiovizual Şuranın birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Ümummilli lider Heydər Əliyevin media siyasəti və müasir Azərbaycan mediası” mövzusunda konfransda deyib.
O bildirib ki, Azərbaycan mətbuatı ümummilli liderin siyasi uzaqgörənliyindən irəli gələn dövlət maraqlarımızın qorunması, xalqın haqq səsinin dünyaya çatdırılması kimi əhəmiyyətli funksiyasını məsuliyyətlə yerinə yetirməkdədir:
“Ulu öndərin müstəqil dövlət quruculuğu sahəsində müstəsna və əvəzedilməz fəaliyyətinin işıqlandırılması Azərbaycan mediasının əsas mövzusu olmaqla, dövlətçilik tariximizin canlı salnaməsini təşkil edib. Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin regionun lider dövlətinə çevrilməsi, azərbaycançılıq ideologiyasının daha da kütləviləşərək xalqın özünüdərkində mühüm faktora çevrilməsi Heydər Əliyev ideyalarının təntənəsinin təzahürüdür. 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqillik tarixinin əsasını qoydu. Məhz bu dövrdə dövlətimizin idarəçilik mexanizmləri formalaşdırıldı, ölkəmiz müstəqil dövlət olaraq beynəlxalq birliyə uğurla inteqrasiya etdi”.
Ə.İsmayılov qeyd edib ki, medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılması, Azərbaycanda demokratik mətbuatın formalaşması və sürətli inkişafının təmin edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır:
“Ulu öndər jurnalist peşəsinə hər zaman dərin hörmət bəsləyib, mətbuat işçiləri ilə yaxın təmasda olub, onların problemləri ilə maraqlanıb və heç vaxt köməyini əsirgəməyib. Media subyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, onlara müvafiq güzəştlərin təyin edilməsi istiqamətində ardıcıl qərarlar qəbul edib, fərman və sərəncamlar imzalayıb. Onun 2000-ci ildə imzaladığı fərmanla Azərbaycan milli mətbuatının yubileylərinin ölkə səviyyəsində qeyd edilməsinin, ümumiyyətlə, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsasını qoyub. 2002-ci ilin martında Azərbaycan jurnalistləri arasında keçirilmiş sorğu nəticəsində “Jurnalistlərin dostu” seçilməsi ümummilli liderin demokratiyanın mühüm prinsiplərindən olan söz və məlumat azadlığının, medianın inkişafına diqqət və qayğısının məntiqi nəticəsi olub”.
Ə.İsmayılov əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm Zəfərə imza atması bütün sahələrdə olduğu kimi, medianın da fəaliyyətində ruh yüksəkliyi yaradıb:
“44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində yorulmaz fəaliyyətindən ruhlanan jurnalistlərimiz də öz peşə borclarını ləyaqətlə yerinə yetirdilər. Təsadüfi deyildir ki, dövlət başçısı cəmiyyətdə baş verən hadisələr haqqında əsas informasiya qaynaqlarından biri kimi medianın rolunu daim yüksək qiymətləndirib və onun ictimai nəzarət funksiyasına böyük önəm verdiyini həmişə vurğulayıb”.
“Prezidentin imzaladığı “Media haqqında” qanun ölkəmizin milli informasiya mühitinin sağlamlaşdırılmasına, onun rəqabət qabiliyyətinin artırılmasına, xüsusən də media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsinə ciddi töhfədir. Ümummilli lider Heydər Əliyevin nurlu xatirəsi Azərbaycan mətbuatının tarixində, Azərbaycan jurnalistlərinin qəlbində əbədi yaşayacaq, Azərbaycan jurnalistləri bu böyük insanı həmişə qədirbilənliklə anacaqlar”, - o söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm