Eksponata çevrilən insanlar - KORONAVİRUSUN ŞILTAQLIQLARI
12:43 10.01.2024
Media
580
Azərbaycanlı jurnalist Elşad Eyvazlının Global Media jurnalında yazısı dərc edilib.
Sherg.az yazını Azərbaycan dilində təqdim edir:
Yeni dünya hər şeyi eksponat edir.
İndi öz işindən, həyatından razı olan kimi tanıyırsınız...
Müəllim də şikayətçidi...
Həkim də şikayətçidi...
Məmur da şikayətçidi...
İş adamı da şikayətçidi...
Çoban da şikayətçidi...
Şəhərli də şikayətçidi...
Kəndli də şikayətçidi...
Amerikada yaşayan da şikayətçidi...
Afrikada yaşayan da şikayətçidi...
İşi, pulu, evi, maşını olan da şikayətçidi...
Dilənçi də şikayətçidi...
Ata da şikayətçidi...
Ana da şikayətçidi...
Övlad da şikayətçidi...
Ağac da şikayətçidi...
Heyvan da şikayətçidi...
Dünya şikayətçidi...
İnsan Yer Kürəsindən şikayətçidi...
Bəs, Yer Kürəsi...
Belə bir mühitdə jurnalist işindən, həyatından məmnun ola bilərmi?
Əsla, jurnalist həm öz yerinə, həm də yuxarıda sadaladıqlarımızın yerinə şikayətçidi və daha çox şikayətçidi...
Səbəbi çox sadədir: Jurnalist müəllimi də, həkimi də, məmuru da, iş adamını da, çobanı da, şəhərlini də, kəndlini də, Amerikada yaşayanı da, Afrikada yaşayanı da, işi, pulu, evi, maşını olanı da, dilənçini də, atanı da, ananı da, övladı da, dünyanı da, ağacı da, heyvanı da, Yer Kürəsini də çox yaxından tanıyır...
Onların dərdlərini bilir...
İlk ixtira olunan təyyarəyə və son model təyyarəyə baxın...
İlk ixtira olunan telefona və son model telefona baxın...
İlk ixtira olunan maşına və son model maşına baxın...
Və KLASSİK və indiki jurnalistə baxın...
Son model təyyarəni süni intellekt idarə edir...
Son model telefonu süni intellekt idarə edir...
Son model maşını süni intellekt idarə edir.
İndiki jurnalisti sosial şəbəkələr, yəni süni intellekt idarə edir.
Rəsmilər məlumatlarını sosial şəbəkələrdə özləri paylaşır.
Hadisələri sosial şəbəkələrdə ilk şahidi olanlar paylaşır...
Mütəxəssislər öz bilgilərini sosial şəbəkələrdə özləri paylaşır...
İxtiraçılar öz ixtiralarını sosial şəbəkələrdə özləri paylaşır...
Şərhçilər öz fikirlərini sosial şəbəkələrdə özləri paylaşır...
Qəzet, radio, televiziya dövrü geridə, çox geridə qalıb.
Sayt dövrü də bitir.
Onlarla birlikdə qoca jurnalistika da bitir...
Hər kəs özünə Youtube kanalı açır.
Daha məmurlar, şərhçilər, ixtiraçılar, heç kim jurnalistdən asılı deyil.
Ehtiyacları da yoxdu...
Dünyanın ilk təyyarəyə, ilk telefona, ilk maşına ehtiyacı yoxdur.
Acı da olsa, dünyanın klassik düçüncəli jurnalistlərə də ehtiyacı yoxdur.
Dünyanın ilk təyyarəsi muzeydədir.
Dünyanın ilk telefonu muzeydədir...
Dünyanın ilk maşını muzeydədir.
Eksponat kimi...
İndiki dünya əvvəlki dünyanı, onun içində olan hər şeyi eksponata çevirir.
İndi müəllimin, həkimin, məmurun, iş adamının, çobanın, şəhərlinin, kəndlinin, Amerikada yaşayanın, Afrikada yaşayanın, işi, pulu, evi, maşını olanın, dilənçinin, atanın, ananın, övladın , ağacın, heyvanın, dünyanın niyə şikayətçi olduğunu bildinizmi?
Eksponat olmağa qarşı dirəşirlər…
Amma faydasızdır…
Salam eksponat JURNALİSTLƏR...
Yer Kürəsi öz işindədi...
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa İran dronlarının Naxçıvan Hava Limanına hücumunu pisləyib
20:26 05.03.2026
Siyasət
Edqars Rinkeviçs İlham Əliyevə zəng edib
20:10 05.03.2026
Rəsmi
Sosial şəbəkə naminə həyatlarını riskə atırlar - EKSPERT
20:02 05.03.2026
Cəmiyyət
BƏƏ Prezidenti Azərbaycan liderinə zəng edib
19:58 05.03.2026
Rəsmi
Tokayev İranın Azərbaycana dron hücumlarını pisləyib
19:51 05.03.2026
Siyasət
Baş verən proseslər fonunda İran özü-özünü ifşa etdi - ŞƏRH
19:38 05.03.2026
Gündəm
Əraqçi Ceyhun Bayramova zəng edib
19:02 05.03.2026
Son dəqiqə
lham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
18:55 05.03.2026
Gündəm
İranın daxilində anti-Azərbaycan qüvvələr var - Tofiq Zülfüqarov
18:33 05.03.2026
Gündəm
Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub
18:25 05.03.2026
Siyasət
Rusiya və Ukrayna əsirləri dəyişdi
18:18 05.03.2026
Dünya
Rza Pəhləvi: İran rejimi dərhal hakimiyyəti təhvil verməlidir
18:06 05.03.2026
Dünya
Moldova xarici işlər naziri Azərbaycana gəlir
18:00 05.03.2026
Siyasət
İran Azərbaycan sərhədinə silah daşıyırmış...
17:45 05.03.2026
Gündəm