Elektron siqaretlərin təbliği ilə bağlı TV və radiolara sanksiya tətbiq ediləcəyi barədə xəbərdarlıq edilib
Elektron siqaretlərin təbliği ilə bağlı TV və radiolara sanksiya tətbiq ediləcəyi barədə xəbərdarlıq edilib
13:48 06.06.2024
Media
914
Elektron siqaretlərin təbliği ilə bağlı TV və radiolara sanksiya tətbiq ediləcəyi barədə xəbərdarlıq edilib.
Audiovizual Şuradan Sherg.az-a verilən xəbərə görə, son zamanlar, bir sıra yayımçılara ödənişli əsasda bir məlumatın yayımlanması barədə təkliflər daxil olur.
Bildirilib ki, həmin məlumatda bır sıra xarici xəbər agentliklərinə istinadla son zamanlar daha çox amerikalı siqaret aludəçilərinin alternativ nikotin məhsullarına keçmələri haqqında məlumatlar öz əksini tapıb və iddia olunur ki, alternativ nikotin məhsulları ABŞ bazarının müəyyən faizini təşkil edir:
"Həmçinin, sözü gedən informasiyalarda mütəxəssislərin daha çox insanın siqareti tərgitməsi və zərərli kimyəvi maddələrin təsiri guya az olan daha yaxşı məhsullara keçməsi tendensiyasına müsbət yanaşmaları iddia olunur.
Audiovizual media subyektləri tərəfindən Audiovizual Şuraya daxil olan sorğulara cavab olaraq və məsələnin ciddiliyini nəzərə alaraq, Azərbaycan Respublikası Audiovizual Şurası bildirir ki, belə məzmunlu məlumatların televiziya və ya radio kanallarında yayımlanması elektron siqaretlərin təbliği hesab olunduğundan ölkə qanunvericiliyinin pozulmasıdır.
Nəzərə alınmalıdır ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanununa əsasən bütün növ qəlyanlar və elektron siqaretlər tütün məmulatları hesab olunur. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən tütün məmulatlarının satışının və istifadəsinin stimullaşdırılmasına xidmət edən hər bir addım tütün məmulatları sponsorluğudur. Sözügedən Qanunun 9.1.4-cü maddəsinə uyğun olaraq, tütündən istifadənin azaldılması məqsədilə tütün satışının bilavasitə və ya dolayı reklamının və təşviqinin, habelə tütün məmulatları sponsorluğunun reklamının və stimullaşdırılmasının bütün növləri qadağan edilir.
Eyni zamanda, “Reklam haqqında” Qanunun 28-ci maddəsinə əsasən tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır".
Audiovizual Şura bir daha bildirib ki, yuxarıda qeyd olunan məzmunda məlumatların televiziya və ya radio kanallarında yayımlanması Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması hesab olunaraq, həmin məlumatların yayımlanması halında audiovizual media subyektinə qarşı inzibatı saksiya tətbiq olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ronaldu Portuqaliya-Özbəkistan matçının ən yaxşı oyunçusu oldu
00:21 24.06.2026
Futbol
Meloni: Trampla mübahisəni qızışdırmaq niyyətim yoxdur
00:00 24.06.2026
Dünya
Tramp: Livanda atəşkəsin reallığa çevriləcəyinə inanıram
23:44 23.06.2026
Dünya
ÜST: "Ebola virusu sürətlə yayılır"
22:59 23.06.2026
Sağlamlıq
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq
22:40 23.06.2026
İnfrastruktur
Ronaldo altı fərqli mundialda qol vuran ilk futbolçu olub
22:26 23.06.2026
Futbol
Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib
21:38 23.06.2026
Siyasət
İsmayıllıda bədbəxt hadisə: Traktorun altında qalan kişi öldü
21:27 23.06.2026
Hadisə
İran rəsmisi: ABŞ məhsullarını almaq məcburiyyətində deyilik
21:14 23.06.2026
Region
Ərdoğan Navrotski ilə görüşdü
21:01 23.06.2026
Gündəm
Putin: Rusiya Ukrayna ilə sülh danışıqlarına hazırdır
20:25 23.06.2026
Gündəm
Ağcabədidə itkin düşən qohumlar tapılıb - YENİLƏNİB
20:14 23.06.2026
Hadisə
ABŞ-nin İranın sərt tələblərinə dözməyinin səbəbi var - ŞƏRH
20:00 23.06.2026
Gündəm
Putin: Sülh danışıqları Ukraynanın təşəbbüsü ilə dayandırılıb
19:14 23.06.2026
Dünya