Elşad Paşasoyun 50 yaşı qeyd olundu
16:30 08.05.2024
Media
1012
Bu gün Azərbaycan Mətbuat Şurasında “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoyun 50 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.
Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, E.Paşasoy istedadı, zəhmətkeşliyi və peşəkarlığı ilə müasir dövr Azərbaycan mediasında özünəxas yerə malik həmkarlarımızdandır. Yubilyar jurnalistikaya cəmiyyətdə dəyər qazandırmağı bacarıb ki, bu onu fərqləndirən başlıca xüsusiyyətlərdəndir. MŞ sədri E.Paşasoyu ictimai-siyasi proseslərə münasibət baxımından öz mövqeyi ilə seçilən qələm sahibi kimi səciyyətləndirən cəhətlərə də diqqət çəkib və rəhbərlik etdiyi qurumun diplomunu ona təqdim edib.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı çıxışında E.Paşasoyu jurnalist peşəsinin incəliklərinə bələd olan, yazıları, müsahibələri ilə cəmiyyətdə özündən söz etdirməyi bacaran yaradıcılıq adamı kimi dəyərləndirib.
MŞ İdarə Heyətinin üzvü, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu yubilyar jurnalistlə bağlı xatirələrindən söz açaraq bildirib ki, E.Paşasoy “Yeni Müsavat”dakı 25 illik fəaliyyəti ərzində nəşrin əsas sütunlarından birinə çevrilib. Bu statusu dolğun və bütöv xarakteri, zəhmətkeşliyi ilə qazanıb.
MŞ İdarə Heyətinin üzvü, “Modern” Media Qrupunun rəhbəri Elşad Eyvazlı da çıxışında xatirələrini bölüşərək, yubilyarın nəcib keyfiyyətlərindən, əməksevərliyindən söz açıb. O, E.Paşasoyun peşənin təəssübünü çəkən, jurnalistikaya kübarlıq qazandıran həmkar olduğunu bildirib.
Çıxış edənlərdən “Yeni Müsavat” qəzetinin direktoru Ələsgər Süleymanov, MŞ-nin icraçı katibi Əvəz Rüstəmov, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, Şuranın Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı, MŞ-nin icraçı katibinin müavinləri İlqar Tağıyev və Fəridə Ağazadə E.Paşasoyun media cameəsində seçilən, ictimaiyyətdə populyarlıq qazanmış, hörmətlə yanaşılan qələm sahibi olduğunu vurğulayıb, ona qarşıdakı fəaliyyətində uğurlar arzulayıblar.
Sonda çıxış edən E.Paşasoy əməyinə verilən qiymətə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.
Qeyd edək ki, Elşad Paşa (Paşasoy) Əlhüseyn oğlu 10 may 1974-cü ildə Yardımlı rayonunun Bilnə kəndində anadan olub.1992-1998-ci illərdə Lənkəran Dövlət Universitetində (əvvəlki Bakı Dövlət Universitetinin Lənkəran filialı) filologiya ixtisası üzrə ali təhsil alıb. 1999-cu ildən “Ekspress” qəzetində aktiv jurnalist fəaliyyətinə başlayıb. Daha sonra “Ekspert”, “Ulus”, “Ulu Turan” qəzetlərində işləyib. 1999-cu ilin sonlarından indiyədək “Yeni Müsavat” qəzetində çalışır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Planetin ən çox istehlak olunan əti…
18:18 27.08.2026
Maraqlı
“Kərkinin Azərbaycana qaytarılması mümkündür” - Ədalət Verdiyev
17:49 27.08.2026
Aktual
Qazaxıstan Qəzzada qoşun yerləşdirəcək
17:47 27.08.2026
Aktual
600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı
17:40 27.08.2026
Elm və Təhsil
Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır
17:25 27.08.2026
Dünya
“Bosniya qəssabı” Ratko Mladiç ölüb
17:18 27.08.2026
Gündəm
“Qarabağ”- “Tvente” oyunundan əvvəl fan zona təşkil olunacaq
17:06 27.08.2026
Cəmiyyət
Qaluzin: ABŞ-nin Ukrayna ilə bağlı mövqeyi dəyişib
16:40 27.08.2026
Dünya
Paşinyan: Ermənilər SSRİ-ni unudurlar
16:30 27.08.2026
Gündəm
"Balıqçılıq haqqında" qanun qüvvəyə minib
16:07 27.08.2026
Futbol
Rusiya edam cəzası verilən Bəşər Əsədi Suriyaya qaytrarır?
16:01 27.08.2026
Dünya
Bəs dənizin ortasında yosun varsa?
15:53 27.08.2026
Cəmiyyət
Avropa İttifaqı və Qrenlandiya təhlükəsizlik sazişi imzalayacaq
15:45 27.08.2026
Gündəm
Hava Limanında sərnişində narkotik vasitə aşkarlanıb
15:35 27.08.2026
Hadisə
Köçəryan xəstəxanadan həbsxanaya köçürüldü
14:50 27.08.2026
Cənubi Qafqaz