Əməkdar jurnalist Əntiqə Qonağın 65 illik yubileyi ilə bağlı toplantı keçirilib
15:54 22.01.2024
Media
966
Bu gün Mətbuat Şurasında əməkdar jurnalist Əntiqə Qonaqovanın (Əntiqə Qonaq) 65 illik yubileyi ilə bağlı toplantı keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid iştirakçılara yubilyar jurnalistin keçdiyi ömür yolunun ayrı-ayrı məqamları barədə məlumat verib.
Sherg.az xəbər verir ki, MŞ sədri bildirib ki, həm jurnalist, həm də publisist və yazıçı kimi uğurlu sənət nümunələri ilə tanınmış Ə.Qonaq 1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra, “Magistral”, “Həyat”, “Biznes”, “Azərbaycan” qəzetlərində müxbir, baş müxbir şöbə müdiri olaraq çalışıb. 15 ilə yaxın AZTV-də redaktor kimi fəaliyyət göstərib. 2001-2017-ci illərdə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Hüquqi təminat və informasiya idarəsinin mətbuat xidmətində baş məsləhətçi vəzifəsini tutub. Ə.Qonaq, həmçinin, “Ana” müstəqil qadın qəzetinin təsisçisi olub və nəşrə rəhbərlik edib.
R.Məcid yubilyar qələm sahibinin qadın hərbi jurnalist kimi fəaliyyətinin örnək səciyyə daşıyan məqamlarından söz açıb. O bildirib ki, Vətənə bağlılıq hissi Ə.Qonağın fədakar jurnalist obrazını tamamlayan ən mühüm xüsusiyyətdir. Bu obraz yubilyarın yaradıcılığına da müstəsna təsirini göstərib. Birinci Qarabağ müharibəsindən çoxsaylı reportajlar və məqalələr hazırlayan qələm sahibi, ümumən, Qarabağ savaşına həsr olunmuş “Vətən, səndən keçmək olmaz!”, “Vətən”, “Qərib savaşçı”, “Ölməzlik”, “Xaçmazlı döyüşçülər. 44 günlük savaşın 444 cəngavəri” (üç cildlik) kitablarını ərsəyə gətirib.
MŞ sədri Ə.Qonağın bu gün də çoxşaxəli yaradıcılıq dəst-xəttinə sadiqliyini vurğulayıb və bildirib ki, yubilyar jurnalist Zəfər tariximizi yazmış qəhrəmanlar haqqında silsilə kitablar üzərində işləyir. R.Məcid qələm sahibinin gərgin əməyinin ən xoş sözlərə layiq olduğunu deyib və ona Mətbuat Şurasının diplomunu təqdim edib.
Toplantıda çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvü Azər Həsrət, BDU-nin baş müəllimi Sona Çərkəz, “Samur” qəzetinin baş redaktoru Sədaqət Kərimova, “Şərqin səsi” qəzetinin baş redaktoru Pərixanım Mikayılova, “Yeni təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova, “Xalq qəzeti”nin əməkdaşı Zərifə Bəşirqızı, “Azərbaycan” qəzetinin əməkdaşı Züleyxa Nadir, jurnalist Jalə Cəfərova, şairə Nəcibə İlkin, müstəqil jurnalist Kəmalə Mikayılzadə, Azərbaycan Radiosunun redaktorları Mətanət Əzimova və Aybəniz Məmmədəliyeva, ictimai fəal Mətanət Əsgərqızı, “Azərnəşr”in böyük redaktoru Rəsmiyyə Qarayeva, “Yazarlar” jurnalının əməkdaşı Nəzakət Kərimova, Baş Prokurorluğun mətbuat xidmətinin əməkdaşı Aynurə Əliyeva, yubilyarın tələbə yoldaşı Lumu Babyeva, iş adamı Babək Qoca, veteran jurnalist Adilə Qocayeva, psixoloq-pedaqoq Təranə Məmmədzadə, pedaqoq Vüsalə Qasımova, yubilyarın oğlu Həsən Qonaq və başqaları vətənpərvərliyin Ə.Qonağın həm jurnalistlik fəaliyyətində, həm də ümumən yaradıcılıq yolunda mühüm meyar olduğunu diqqətə çatdırıblar. Onlar, həmçinin, qələm sahibinin jurnalistikaya yüksək dəyər qazandıran əməksevər xüsusiyyətlərindən söz açaraq, bu xüsusiyyətlərin yüksək peşə təəssübkeşliyindən irəli gəldiyini diqqətə çatdırıblar. Çıxış edənlər, eyni zamanda, Ə.Qonağı fədakar ana, qayğıkeş dost və qohum kimi də səciyyələndirib, təbriklərini və xoş sözlərini çatdırıblar.
Sonda çıxış edən Ə.Qonaq ömür yoluna və yaradıcılığına yüksək dəyər verdikləri üçün toplantı iştirakçılarına təşəkkürünü bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa İran dronlarının Naxçıvan Hava Limanına hücumunu pisləyib
20:26 05.03.2026
Siyasət
Edqars Rinkeviçs İlham Əliyevə zəng edib
20:10 05.03.2026
Rəsmi
Sosial şəbəkə naminə həyatlarını riskə atırlar - EKSPERT
20:02 05.03.2026
Cəmiyyət
BƏƏ Prezidenti Azərbaycan liderinə zəng edib
19:58 05.03.2026
Rəsmi
Tokayev İranın Azərbaycana dron hücumlarını pisləyib
19:51 05.03.2026
Siyasət
Baş verən proseslər fonunda İran özü-özünü ifşa etdi - ŞƏRH
19:38 05.03.2026
Gündəm
Əraqçi Ceyhun Bayramova zəng edib
19:02 05.03.2026
Son dəqiqə
lham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
18:55 05.03.2026
Gündəm
İranın daxilində anti-Azərbaycan qüvvələr var - Tofiq Zülfüqarov
18:33 05.03.2026
Gündəm
Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub
18:25 05.03.2026
Siyasət
Rusiya və Ukrayna əsirləri dəyişdi
18:18 05.03.2026
Dünya
Rza Pəhləvi: İran rejimi dərhal hakimiyyəti təhvil verməlidir
18:06 05.03.2026
Dünya
Moldova xarici işlər naziri Azərbaycana gəlir
18:00 05.03.2026
Siyasət
İran Azərbaycan sərhədinə silah daşıyırmış...
17:45 05.03.2026
Gündəm