Əməkdar jurnalist Nurani dəfn edilib - YENİLƏNİB 2

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) dəfn edilib.

"Report" xəbər verir ki, mərhumun nəşi Yasamal qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılıb.

13:42

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ilə keçirilən vida mərasimi başa çatıb.

"Report" xəbər verir ki, mərhumun nəşi dəfn olunmaq üçün Yasamal qəbiristanlığına aparılır.

12:28

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ilə Təzə Pir məscidində vida mərasimi keçirilir.

"Report" xəbər verir ki, mərasimdə jurnalistə ehtiram ifadə etmək üçün səhiyyə naziri Teymur Musayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, media nümayəndələri, dostları, ictimai xadimlər iştirak edir.

Vida mərasimindən sonra mərhumun nəşi Yasamal qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Nurani avqustun 22-si 56 yaşında uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.