Ərəstü Həbibbəyli: "Dini zəmində baş verən hadisələrə həssaslıqla yanaşılmasında ənənəvi medianın üzərinə böyük yük düşür"
Ərəstü Həbibbəyli: "Dini zəmində baş verən hadisələrə həssaslıqla yanaşılmasında ənənəvi medianın üzərinə böyük yük düşür"
11:36 23.09.2024
Media
1047
"Dini zəmində baş verən hadisələrə həssaslıqla yanaşılmasında ənənəvi medianın üzərinə böyük yük düşür".
Sherg.az xəbər verir ki, bunu Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri Ərəstü Həbibbəyli deyib.
Şöbə müdiri bəyan edib ki, Şuşa şəhərinin 2024-cü ildə İslam Dünyasının Mədəniyyət paytaxtı elan olunması istiqamətində tədbirlər planına uyğun olaraq il ərzində çoxsaylı tədbirlər keçirilir:
"Bütün bu tədbirlər əbədi və əzəli Azərbaycan torpağı olan Şuşanın dünya miqyasında öz layiqli yerini tutmasına töhfəsini verir. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan bu tədbir də mühüm əhəmiyyət kəsb edir. Tədbirin mövzusu qloballaşma dövrünün ən aktual problemlərindən birinə sərf olunub. Qlobalaşma kontekstində ideoloji mübarizədə din və media hər zaman cəmiyyətin əsas gündəmində olur".
Ə.Həbibbəyli vurğulayıb ki, multikulturalizmin Azərbaycan modeli isə bütün dünyaya nümunədir:
"Azərbaycanda multikulturalizm həyat tərzi, dövlət siyasətidir. İdeoloji cəbhədə mediadan gözləntilər çox böyükdür. Hazırda ənənəvi mediada maarifləndirmə, peşəkar yanaşma görürük. Bunun əksinə, sosial mediada tam əks durum mövcuddur. Sosial mediada yayılan "fake" informasiyalar ənənəvi mediaya da bəzi hallarda təsirini göstərə bilir. Buna görə dini zəmində baş verən hadisələrə həssaslıqla yanaşılmasında, dezinformasiyanın yayılmasının qarşısının alınmasında ənənəvi medianın üzərinə böyük yük düşür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Navrotski ilə görüşdü
21:01 23.06.2026
Gündəm
Putin: Rusiya Ukrayna ilə sülh danışıqlarına hazırdır
20:25 23.06.2026
Gündəm
Ağcabədidə itkin düşən qohumlar tapılıb - YENİLƏNİB
20:14 23.06.2026
Hadisə
ABŞ-nin İranın sərt tələblərinə dözməyinin səbəbi var - ŞƏRH
20:00 23.06.2026
Gündəm
Putin: Sülh danışıqları Ukraynanın təşəbbüsü ilə dayandırılıb
19:14 23.06.2026
Dünya
Türkiyə parlamentinin sədri Azərbaycana gəlib
18:59 23.06.2026
Siyasət
Azərbaycan və Türkmənistan strateji ittifaq qurur - TƏHLİL
18:52 23.06.2026
Siyasət
İran bütün ölkə ərazisi üzərində hava uçuşlarını tam bərpa edib
18:45 23.06.2026
Region
Tramp artıq Putinə inanmır, Zelenskiyə çağırış etdi - KİV
18:38 23.06.2026
Dünya
Hakan Fidan Azərbaycanın Türkiyədəki səfiri ilə görüşdü
18:30 23.06.2026
Dünya
Livan Prezidenti: İsrailin heç bir şərtini qəbul etməyəcəyik
18:16 23.06.2026
Dünya
Polşa Baş naziri: Ölkədə anti-Ukrayna ab-havası hökm sürür
17:57 23.06.2026
Dünya