Hacıbəy Heydərli: "Sosial mediada yayımlanan məlumatlara şübhə ilə yanaşmaq lazımdır"
Hacıbəy Heydərli: "Sosial mediada yayımlanan məlumatlara şübhə ilə yanaşmaq lazımdır"
12:40 11.10.2024
Media
999
"Sosial medianın inkişafı həm də istifadəçilərin informasiya əldə etmək imkanlarını artırır. Artıq "Facebook" və "Instagram"da xəbər səhifələri, "TikTok" ve "Telegram"da xəbər kanalları da informasiya daşıyıcısı hesab edilir və əhali çox vaxt məlumatı ordan alır. Və həmin platformalarda yayımlanan dezinformasiyalar, "feyk nyus"lar çox vaxt ümumilikdə Azərbaycan mediasının adına yazılır və jurnalistlər hədəf seçilir.
Oxu.Az xəbər verir ki, bu sözləri Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli "Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları" mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, media subyektləri də sosial şəbəkələrdə fəal olmalı və dezinformasiya, "feyk nyus"ların qarşısını almağa çalışmalıdır:
"Düşünürəm ki, çağdaş media və media nümayəndələri yalnız informasiya yayımını düşünməli deyil, eyni zamanda yayımladığı xəbərləri oxutmaq istiqamətində də sosial şəbəkələrdən fəal istifadə etməlidir. Bu, həm də sosial şəbəkələrdə peşəkarlığın artırılmasına gətirib çıxaracaq. Sosial media ilə rəqabət üçün ilk növbədə peşəkar jurnalistlər, media subyektləri həmin platformalarda fəal olmalıdır".
Hacıbəy Heydərli bildirib ki, sosial media fəalları ilə də aktiv iş aparılmalıdır:
"Sosial şəbəkələrdə peşəkarlığın artırılması üçün də gənc jurnalistlər, səhifə, kanal sahibləri və aktiv sosial media istifadəçiləri arasında mütəmadi maarifləndirmə işləri aparılılmalıdır. Bu xüsusda Mətbuat Şurasının Sosial media ilə əlaqələr komissiyası olaraq sosial şəbəkədə fəal olan şəxslərdə görüşlər keçirilib, onlara jurnalistikanın etik kodeksləri haqda məlumat verilib, maarifləndirmə işləri aparılıb".
Mətbuat Şurası İdarə Heyətinin üzvü qeyd edib ki, sosial şəbəkələrdə neqativ hallara da çox rast gəlinir:
"Ancaq onu da qeyd etmək lazımdır ki, bu gün də biz sosial şəbəkələrdə qeyri-peşəkarlıq, etik kodekslərin pozulması, yayımı qanunla qadağan edilən məlumatların, videoların, fotoların yayımı ilə rastlaşırıq. "Instagram" və "TikTok"da fəaliyyət göstərən xəbər kanallarında qanunsuz mərc oyunlarının reklamı, ekstrasenslərin, falçıların təbliği, insanların şəxsi həyatlarının, intim görüntülərinin yayımına rast gəlirik. Bütün bunlar yolverilməzdir və bu kimi halların qarşısının alınması üçün peşəkar jurnalistlərin də üzərinə yük düşür. Media subyektləri heç bir halda sosial şəbəkələrdəki ucuz və populist reytinqin arxasınca getməməli və hər bir məlumatı dəqiqləşdirib yayımlamalıdır. Cəmiyyətin də peşəkar mediadan gözləntiləri bundan ibarətdir. Peşəkar media ilk növbədə cəmiyyətin mənafeləri mövqeyindən çıxış etməli və onu qorumalıdır. Cəmiyyətimiz də bu məsələdə diqqətli olmalı və sosial mediada yayımlanan hər bir məlumata şübhə ilə yanaşmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə
DİN motosiklet və skuter sürücülərinə xəbərdarlıq etdi
10:47 13.10.2026
İnfrastruktur
Bakıda oğul anasını bıçaqladı
10:45 13.10.2026
Hadisə
“Roşka” ləqəbli tiktokerə hökm oxundu
10:41 13.10.2026
Cəmiyyət
İsraildə hava limanında təyyarədə bomba olması xəbəri yayılıb
10:39 13.10.2026
Dünya
Bu aviaşirkətlər Səudiyyəyə uçuşları dayandırdı
10:34 13.10.2026
Dünya
“Zelenski razılaşma əldə etmək istəmir”: Trampdan AÇIQLAMA
10:33 13.10.2026
Dünya
Azərbaycanda dəmiryolçuların peşə bayramı qeyd olunur
10:28 13.10.2026
İnfrastruktur
“44” filmi ilə bağlı mətbuat konfransı keçirilib
10:24 13.10.2026
Mədəniyyət
Yuliya Pasternak vəzifəsindən ayrıldı
10:17 13.10.2026
Dünya