
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və MEDİA birgə təlim keçiriblər
Yusif Nəzərli
08:09 01.07.2022
Media
504
İyunun 30-da İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə KİV nümayəndələri üçün təlim təşkil olunub. “Vergi sistemi, vergi qanunvericiliyi və inzibatçılığı” mövzusunda keçirilən təlimdə 30-a yaxın KİV nümayəndəsi iştirak edib.
"Sherg.az" xəbər verir ki, təlimdə DVX-nin Vergi siyasəti baş idarəsinin Vergi qanunvericiliyi idarəsinin rəisi Rəşad Nuriyev, İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə və Hüquqi şəxslərin dövlət qeydiyyatı baş idarəsinin şöbə rəisi Leyla Hüseynzadə iştirakçılara təqdimatlar keçiriblər. Təqdimatlar “Büdcə sistemi, vergi daxilolmalarının büdcə gəlirlərində rolu, vergi qanunvericiliyi və vergi sistemi”, “Əmək münasibətlərinə nəzarət sahəsində vergi inzibatçılığı”, “Hüquqi şəxslərin qeydiyyatı sahəsində islahatlar, vergi ödəyicilərinin hüquq və vəzifələri” mövzularına həsr olunub.
Tədbirdə mövzular ətrafında müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.
Təlimin sonunda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva və Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov KİV nümayəndələrinə sertifikatlar təqdim ediblər.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio İsrailin ABŞ-İran razılaşmasını pozmağa çalışdığını düşünmür
22:36 24.06.2026
Dünya
Ölümlə həyat arasında: Norveç şahzadəsi ağır əməliyyatdan çıxdı
22:20 24.06.2026
Dünya
İran XİN sözçüsü Rubionun açıqlamalarına münasibət bildirib
21:46 24.06.2026
Gündəm
ABŞ bizdən bunu tələb etməyib - Katz
21:29 24.06.2026
Dünya
Ruslar böyük itkilər verirlər, inanılmaz rəqəmlərdir - Rutte
21:02 24.06.2026
Dünya
Qaraçuxurda güclü yanğın baş verib
20:48 24.06.2026
Hadisə
İranla danışıqlar iyunun 30-da davam etdiriləcək
20:35 24.06.2026
Gündəm
Messi: Tanrıdan daha bir çempionluq diləmək çox olardı
20:34 24.06.2026
Futbol
Milli Məclisin sədri Qalibafla görüşüb
19:47 24.06.2026
Siyasət
Əli Əsədov Numan Qurtulmuşla görüşdü
19:38 24.06.2026
Siyasət
Şərurda ilan 60 yaşlı kişini sancıb
19:31 24.06.2026
Hadisə
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:48 24.06.2026
Rəsmi
Naxçıvanın bəzi çaylarından sel keçir
18:33 24.06.2026
Ekologiya
Gəncə Birləşmiş Xəstəxananın direktoru vəzifəsindən azad edilib
18:31 24.06.2026
Cəmiyyət