MEDİA ADA-da “Böhran kommunikasiyası” mövzusunda təlim keçirib
08:10 25.04.2024
Media
804
Medianın İnkişafı Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə dövlət orqan və qurumlarının mətbuat xidmətlərinin rəhbərləri üçün silsilə təlimlər çərçivəsində növbəti “Böhran kommunikasiyası” mövzusunda təlim keçirilib.
Sherg.az xəbər verir ki, təlimin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, media nümayəndələri ilə dövlət orqan və qurumları arasında düzgün və effektiv kommunikasiya mexanizminin qurulması cəmiyyətin ilkin mənbədən informasiya ilə təmin edilməsi baxımından olduqca önəmlidir.
O vurğulayıb ki, böhran kommunikasiyası dövründə media ilə qarşılıqlı səmərəli işin və əlaqələrin təşkili, müxtəlif səviyyələrdəki media mesajlarının operativ hazırlanması və ictimaiyyətə ötürülməsi peşəkar və müasir tendensiyalara əsaslanan yanaşma tələb etdiyindən bu kimi təlimlərin davamlı olaraq keçilməsi və beynəlxalq təcrübənin mənimsənilməsi mühüm əhəmiyyət daşıyır.
İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova isə diqqətə çatdırıb ki, belə peşəkar təlimlərin baş tutması PR mütəxəssislərinin media ilə qarşılıqlı əməkdaşlığının inkişafına, genişləndirilməsinə və sözügedən sahədə ünsiyyətin dinamikliyini artırmağa böyük töhfə verəcəkdir.
Təlim zamanı Media və ictimaiyyətlə əlaqələr üzrə dünyanın aparıcı kommunikasiya ekspertlərindən və uğurlu mentorlarından biri, “High Park Communications” media şirkətinin təsisçisi və direktoru Kolin Gibson “Böhranın müəyyən edilməsi”, “Böhran zamanı planlaşdırma”, “Böhran zamanı medianın idarə edilməsi və müxtəlif tərəflərlə düzgün kommunikasiya strategiyası”, “Böhran zamanı sosial medianın rolu”, “Ssenari planlaşdırılması”, “Ssenari üzrə fəaliyyət”, “Nəticələr üzrə müzakirə” adlı sessiyalarda çıxış edərək kommunikasiya mütəxəssisləri ilə geniş fikir mübadiləsi aparıb. Təlimin sonunda iştirakçılar sertifikatla təltif olunublar.
Qeyd edək ki, iki gün davam edəcək təlimin keçilməsində məqsəd dövlət orqan və qurumlarının media subyektləri ilə əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı kommunikasiya əlaqələrinin təkmilləşdirilməsi, eləcə də müasir media mühitində ictimaiyyəti məlumatlandırma mexanizmlərinin daha səmərəli qurulmasıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Planetin ən çox istehlak olunan əti…
18:18 27.08.2026
Maraqlı
“Kərkinin Azərbaycana qaytarılması mümkündür” - Ədalət Verdiyev
17:49 27.08.2026
Aktual
Qazaxıstan Qəzzada qoşun yerləşdirəcək
17:47 27.08.2026
Aktual
600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı
17:40 27.08.2026
Elm və Təhsil
Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır
17:25 27.08.2026
Dünya
“Bosniya qəssabı” Ratko Mladiç ölüb
17:18 27.08.2026
Gündəm
“Qarabağ”- “Tvente” oyunundan əvvəl fan zona təşkil olunacaq
17:06 27.08.2026
Cəmiyyət
Qaluzin: ABŞ-nin Ukrayna ilə bağlı mövqeyi dəyişib
16:40 27.08.2026
Dünya
Paşinyan: Ermənilər SSRİ-ni unudurlar
16:30 27.08.2026
Gündəm
"Balıqçılıq haqqında" qanun qüvvəyə minib
16:07 27.08.2026
Futbol
Rusiya edam cəzası verilən Bəşər Əsədi Suriyaya qaytrarır?
16:01 27.08.2026
Dünya
Bəs dənizin ortasında yosun varsa?
15:53 27.08.2026
Cəmiyyət
Avropa İttifaqı və Qrenlandiya təhlükəsizlik sazişi imzalayacaq
15:45 27.08.2026
Gündəm
Hava Limanında sərnişində narkotik vasitə aşkarlanıb
15:35 27.08.2026
Hadisə