
Media qurumları ilə biznes mühiti müzakirə olunub -FOTO
Yusif Nəzərli
15:22 25.10.2024
Media
1019
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin birgə təşkilatçılığı ilə aparıcı media qurumlarının məsul şəxsləri və nümayəndələrinin iştirakı ilə “Bakı KOB Evi”ndə “Biznes mühiti üzrə islahatların və elektron dövlət xidmətləri barədə məlumatların kommunikasiyası” mövzusunda görüş keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ölkəmizdə iqtisadi inkişafa xidmət edən islahatların biznes nümayəndələrinə və digər maraqlı tərəflərə düzgün və vaxtında çatdırılmasında media təmsilçilərinin mühüm rolu olduğunu vurğulayıb. Bildirib ki, bu sahədə koordinasiyalı fəaliyyətin təşkili, yeni islahatlar və elektron dövlət xidmətləri barədə məlumatların çevik kommunikasiyası üçün mövcud resurslardan səmərəli istifadə mühüm əhəmiyyət kəsb edir.
Görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxış edərək deyib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılan Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın əsas məqsədi rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitinin yaranmasına dəstək vermək, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə nail olmaqdır.
V.Şıxəliyev bildirib ki, biznesin müxtəlif sahələri üzrə müvafiq dövlət qurumlarının rəhbərliyi altında mühüm normativ-hüquqi akt layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Həmçinin sahibkarlıq subyektlərinin inzibatçılıq yükünün azaldılması və fəaliyyətlərinin səmərəliliyinin artırılmasına xidmət edən yeni elektron xidmətlər və platformalar istifadəyə verilib, elektron sistemlərin tətbiq dairəsi genişləndirilib.
Görüşdə xüsusi vurğulanıb ki, aidiyyəti dövlət qurumlarının rəhbərliyi altında fəaliyyət göstərən müvafiq işçi qrupları çərçivəsində islahat təşəbbüslərinin hazırlanması və yeniliklərin həyata keçirilməsi prosesində maraqlı tərəflərin aktiv iştirakı təmin olunur. Maraqlı tərəflərin iştirakı ilə inklüzivliyin və vahid sinerjinin yaradılması məqsədilə Komissiyanın yeni Rəqəmsal İdarəetmə Platforması hazırlanaraq istifadəyə verilib.
Qanunvericilik təşəbbüslərində özəl sektorun elektron iştirak imkanının təmin edilməsi və işçi qrupları ilə interaktiv əlaqənin yaradılması üçün E-iştirakçılıq Platformasının və digər innovativ həllərin tətbiqinə başlanılıb.
Görüşdə vurğulanıb ki, hazırda qarşıda duran əsas çağırışlardan biri biznes sahəsində aparılan iqtisadi islahatların və yeni yaradılan elektron dövlət xidmətləri barədə məlumatların səmərəli kommunikasiyası və geniş yayılmasına nail olmaqdır. Bu sahədə media qurumlarının aktiv rolu mühüm əhəmiyyət kəsb edir.
Görüşdə iqtisadi islahatların və elektron dövlət xidmətləri barədə məlumatların regionlarda da geniş yayılması imkanları (“KOB Dostu” şəbəkəsi) müzakirə edilib, zəruri məlumatların kommunikasiyası üzrə Yol Xəritəsi müəyyən edilib və media qurumları ilə koordinasiya məsələləri ilə bağlı təkliflər təqdim olunub.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə
DİN motosiklet və skuter sürücülərinə xəbərdarlıq etdi
10:47 13.10.2026
İnfrastruktur
Bakıda oğul anasını bıçaqladı
10:45 13.10.2026
Hadisə
“Roşka” ləqəbli tiktokerə hökm oxundu
10:41 13.10.2026
Cəmiyyət
İsraildə hava limanında təyyarədə bomba olması xəbəri yayılıb
10:39 13.10.2026
Dünya
Bu aviaşirkətlər Səudiyyəyə uçuşları dayandırdı
10:34 13.10.2026
Dünya
“Zelenski razılaşma əldə etmək istəmir”: Trampdan AÇIQLAMA
10:33 13.10.2026
Dünya
Azərbaycanda dəmiryolçuların peşə bayramı qeyd olunur
10:28 13.10.2026
İnfrastruktur
“44” filmi ilə bağlı mətbuat konfransı keçirilib
10:24 13.10.2026
Mədəniyyət
Yuliya Pasternak vəzifəsindən ayrıldı
10:17 13.10.2026
Dünya