MEDİA region mediası subyektlərinin nümayəndələrinin iştirakı ilə konfrans keçirib
13:10 24.10.2024
Media
951
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Gəncə şəhərində bölgədə fəaliyyət göstərən region mediası subyektlərinin nümayəndələrinin iştirakı ilə konfrans keçirilib.
Sherg.az APA-ya istinadən xəbər verir ki, konfransda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktorunun müavini Natiq Məmmədli, Agentliyin digər əməkdaşları və bölgədə fəaliyyət göstərən media nümayəndələri iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli qeyd edib ki, MEDİA Agentliyi tərəfindən region mediasının ümumi vəziyyəti, mümkün inkişaf perspektivləri daim diqqət mərkəzində saxlanılır, regionlarda çalışan media nümayəndələri üçün təlimlər keçilir, qarşılıqlı təcrübə mübadiləsi məqsədilə səfərlər təşkil olunur, fikir mübadilələri aparılır. O, həmçinin vurğulayıb ki, bugünədək bir çox regionlarda icra olunan “Regional Medianın İnkişafı” layihəsi əhəmiyyətli nəticələrlə yadda qalıb. Regionlara daha öncə təşkil edilən səfər və görüşlər nəticəsində hazırlanan diaqnostik icmalda keçirilməsi nəzərdə tutulan inkişaf proqramları çərçivəsində Agentliyin Hüquq şöbəsinin müdiri Adil Tağıyev “Azərbaycanda media mühitinin hüquqi tənzimlənməsinin yeni mexanizmləri”, Media təhlil şöbəsinin müdiri Səbinə Seyidova isə “Sosial mediada jurnalistlərin peşə davranış qaydaları” mövzusunda təqdimatlarla çıxış ediblər.Tədbirdə bildirilib ki, ölkə üzrə medianın hərtərəfli inkişafını stimullaşdırmaq, resurs və informasiya əlçatanlığını artırmaq, media nümayəndələrinin fərdi və peşəkar inkişafı istiqamətində fikir mübadiləsi aparmaq məqsədilə həyata keçirilən konfrans regionlarda fəaliyyət göstərən media nümayəndələri üçün müzakirə platforması yaratmağı, onların professional bacarıqlarını təkmilləşdirməyi, eyni zamanda sahə üzrə hüquq normaları barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsini hədəfləyir. Medianın İnkişafı Agentliyi tərəfindən region mediasının ümumi vəziyyəti və inkişaf perspektivləri daim diqqət mərkəzində saxlanılır.Bu fikirləri Medianın İnkişafı Agentliyinin (MEDİA) şöbə müdiri Səidə Şəfiyeva Gəncədə jurnalistlərə açıqlamasında bildirib.Onun sözlərinə görə bugünədək bir çox regionlarda media subyektlərinin nümayəndələri, bölgə ictimaəti və gənclərlə bir çox görüşlər seminarlar kecirlimişdir və əhəmiyyətli nəticələr əldə olunub:
“Keçirilən görüşlərin, təlim və seminarların bu gün Gəncədə media mühitinin hüquqi tənzimlənməsi ilə bağlı, həm də sosial mediada jurnalistlərin peşə davranış qaydaları ilə bağlı növbəti təlimlərimiz reallaşdırıldi.Ümumilikdə regional medianın inkisafı istiqamətində nəzərdə tutulan ümumi illik iş planımızda müxtəlif bölgələrdə fəaliyyət göstərən media nümayəndələri arasında qarşılıqlı səfərlərin təşkili, eyni zamanda jurnalistlərin keçirilən müsabiqələrdə iştirakı məqsədi ilə bir çox layihələrin həyata keçirilməsi nəzərdə tutulub".
Tədbirdə, həmçinin bölgədə çalışan media nümayəndələrini maraqlandıran məsələlər, onların üzləşdiyi problemlə və təklifləri dinlənilib. Region gənclərinin iştirakı ilə keçirilən təlimdə isə Agentliyin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova “Media savadlılığı” mövzusunda çıxış edib, sonda gənclərə təlimdə fəal iştiraka görə sertifikatlar təqdim olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə
DİN motosiklet və skuter sürücülərinə xəbərdarlıq etdi
10:47 13.10.2026
İnfrastruktur
Bakıda oğul anasını bıçaqladı
10:45 13.10.2026
Hadisə
“Roşka” ləqəbli tiktokerə hökm oxundu
10:41 13.10.2026
Cəmiyyət
İsraildə hava limanında təyyarədə bomba olması xəbəri yayılıb
10:39 13.10.2026
Dünya
Bu aviaşirkətlər Səudiyyəyə uçuşları dayandırdı
10:34 13.10.2026
Dünya
“Zelenski razılaşma əldə etmək istəmir”: Trampdan AÇIQLAMA
10:33 13.10.2026
Dünya
Azərbaycanda dəmiryolçuların peşə bayramı qeyd olunur
10:28 13.10.2026
İnfrastruktur
“44” filmi ilə bağlı mətbuat konfransı keçirilib
10:24 13.10.2026
Mədəniyyət
Yuliya Pasternak vəzifəsindən ayrıldı
10:17 13.10.2026
Dünya