“Media savadlılığı və dezinformasiya ilə mübarizə” mövzusunda təlim...
Yusif Nəzərli
13:57 22.05.2023
Media
1407
Texnoloji tərəqqinin formalaşdırdığı qlobal informasiya mühitində məlumatın etibarlılığının müəyyənləşdirilməsi, tənqidi düşünmə və təhlil bacarıqlarının inkişaf etdirilməsi, media istehlakçıları ilə informasiya mənbələri və axını arasında səmərəli əlaqənin qurulması, həmçinin ölkə üzrə sağlam media ekosisteminin formalaşdırılması və cəmiyyətdə məlumat təhlükəsizliyinin təmin edilməsi məqsədilə hədəf qruplara istiqamətlənmiş maarifləndirmə tədbirlərinin təşkili mühüm əhəmiyyət kəsb edir.
Bununla əlaqədar olaraq, 22 may tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə təhsil işçiləri və media nümayəndələri üçün “Media savadlılığı və dezinformasiya ilə mübarizə” mövzusunda təlim proqramına başlanılıb.
Təlimlərin keçirilməsində əsas məqsəd jurnalistlərin və təhsil işçilərinin media savadlılığı ilə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsi və bu istiqamətdə inkişaf imkanlarının genişləndirilməsidir.
İki gün davam edəcək təlim proqramı çərçivəsində “The European Alliance” Xəbər Agentliyinin baş katibi Alexandru Giboi və İsveçrənin “Università Svizzera İtaliana (USI)” Universitetinin Media menecmenti, media iqtisadiyyatı və media sənayesi üzrə professoru Matthew Hibberd təhsil və media, kütləvi informasiyanın məzmunu, onun ötürülməsi və istehlakı, tənqidi dəyərləndirmə, təhlil aparma qabiliyyəti, yeni media mühitindəki tendensiyalar və digər mövzularla bağlı öz təcrübələrini bölüşəcəklər. Təlimin yekununda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm