"MEDİA"-ya çox pis miras qalmışdı"
Yusif Nəzərli
09:21 21.07.2022
Media
507
Seymur Verdizadə: "Media sahəsində on illərdir, yığılıb qalan problemlərin həllini yaxın müddətdə həll etmək mümkün deyil, bunun üçün müəyyən zaman lazımdır"
Medianın İnkişafı Agentliyi Azərbaycanda kütləvi informasiya vasitələrinin dəstəklənməsi məqsədilə yaradılmış dövlət orqanıdır. Agentlik 12 yanvar 2021-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun (KİVDF) varisi kimi yaradılıb. Qurumun il yarım ərzində əldə etdiyi uğurlar media nümayəndələri tərəfindən də yüksək dəyərləndirilir.
“Yeni informasiya mühitinin formalaşdırılması, informasiya məkanında keyfiyyətli dəyişikliklər edilməsi, milli mətbuatımızın beynəlxalq informasiya məkanına inteqrasiya olunması və s. bu kimi mühüm problemlərin həllini qarşıya məqsəd qoyan Agentlik yarandığı gündən respublika ərazisində media savadlılığının artırılması, media nümayəndələrinin sərbəst fəaliyyətinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir”. Bu sözləri “Şərq”ə açıqlamasında Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.
Baş redaktorun sözlərinə görə, sələfindən MEDİA-ya çox pis miras qalmışdı və çoxdan arxivə atılan KİVDF adlı qurumun rəhbərliyinin yarıtmaz fəaliyyəti bütövlükdə media sektoruna ağır zərbə vurmuş, jurnalistlər arasında inamsızlıq yaratmışdı:
“Bu gün isə Agentlik media subyektləri arasında fərq qoymur, hamıya eyni gözlə baxır, tərəfsizliyini qoruya bilir. Bütün sahələrdə olduğu kimi mediada da nizam-intizama ehtiyac var. Düzdür, media sahəsində on illərdir, yığılıb qalan problemlərin həllini yaxın müddətdə həll etmək mümkün deyil, bunun üçün müəyyən zaman lazımdır. Yəni bir və ya beş gündə ciddi nəticə əldə etmək mümkün deyil. Media sahəsində şəffaflığın təmin edilməsi, media mənsublarının sosial müdafiəsinin gücləndirilməsi, jurnalistikanın, media mühitinin sağlamlaşdırılması və s. Media Agentliyinin qarşısında duran həlli vacib məsələlərdəndir. Bu baxımdan, media subyektlərində çalışanların peşə ixtisaslarının artırılması üçün müxtəlif kursların həyata keçirilməsi və bu kursların jurnalistlərlə yanaşı, texniki heyəti də əhatə edəcəyi nəzərdə tutulur”.
S.Verdizadə ümid edir ki, yeni qanundan irəli gələn tələblər mətbu mühitdə köklü dəyişikliklərə səbəb olacaq:
“Bəzi dövlət qurumlarının mətbuata düşmən gözü ilə baxmasına son qoyulmalıdır. Jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasının qeydinə qalmaq lazımdır. Reklam bazarı KİV-lərin üzünə açıq olmalıdır. Redaksiyalarım maddi-texniki bazası gücləndirilməlidir. Jurnalistlərin güzəştli şərtlərlə sosial ipoteka alması təmin edilməlidir. Jurnalistin gözü heç kimin əlində olmamalıdır. İslahat yolu ilə mətbuatın məmur-oliqarxların asılılığından qurtulmasına nail olmalıyıq. Mətbuatı yalnız bu yolla inkişaf etdirmək mümkündür. Düzdür, mətbuatla bağlı problemlərin tam şəkildə həllini bu qurumdan gözləmək sadəlövhlükdür. Amma əsas odur ki, MEDİA üzərinə qoyulmuş missiyanı çox yaxşı şəkildə icra edir. Nə mümkündürsə, onu səliqəli və operativ şəkildə həyata keçirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ölümlə həyat arasında: Norveç şahzadəsi ağır əməliyyatdan çıxdı
22:20 24.06.2026
Dünya
İran XİN sözçüsü Rubionun açıqlamalarına münasibət bildirib
21:46 24.06.2026
Gündəm
ABŞ bizdən bunu tələb etməyib - Katz
21:29 24.06.2026
Dünya
Ruslar böyük itkilər verirlər, inanılmaz rəqəmlərdir - Rutte
21:02 24.06.2026
Dünya
Qaraçuxurda güclü yanğın baş verib
20:48 24.06.2026
Hadisə
İranla danışıqlar iyunun 30-da davam etdiriləcək
20:35 24.06.2026
Gündəm
Messi: Tanrıdan daha bir çempionluq diləmək çox olardı
20:34 24.06.2026
Futbol
Milli Məclisin sədri Qalibafla görüşüb
19:47 24.06.2026
Siyasət
Əli Əsədov Numan Qurtulmuşla görüşdü
19:38 24.06.2026
Siyasət
Şərurda ilan 60 yaşlı kişini sancıb
19:31 24.06.2026
Hadisə
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:48 24.06.2026
Rəsmi
Naxçıvanın bəzi çaylarından sel keçir
18:33 24.06.2026
Ekologiya
Gəncə Birləşmiş Xəstəxananın direktoru vəzifəsindən azad edilib
18:31 24.06.2026
Cəmiyyət
Bakı onu Qırğızıstana təhvil verdi
18:04 24.06.2026
Hadisə