“Mediada rəsmi xəbərlər tapmadıqda “TikTok”a baş vururlar”
Yusif Nəzərli
18:20 06.03.2023
Media
797
"Həssas məqamlarda dezinformasiyaların yayılması məsələlərində diqqətli və mümkün qədər "İP" arxasınca qaçmayaraq, təmkinli olmaqda fayda var".
Bu sözləri "Sherg.az"a "Yeniçağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər mediada hipermarketə edilən silahlı hücumla bağlı dezinformasiyaların yayılmasından danışarkən bildirib. O diqqətə çatdırıb ki, mətbuat orqanları bütün informasiyaları birinci verməyə can atırlar:
"Nəzərə almalıyıq ki, hazırda İran da düşmən kateqoriyasında olan dövlətlərdəndir. Əzəli düşmənimiz Ermənistan və onun bacıları Fransa, Yunanıstan və digərləri Azərbaycana qarşı psixoloji cəhətdən səlib yürüşü edirlər. Qarşılığında xəbərlərlə bağlı daha təmkinli və diqqətli olmalıyıq. Eyni zamanda dövlət qurumlarının da üzərinə düşən ən böyük vəzifə onların bu kimi məsələlərdə daha operativ reaksiya verməsidir. Mətbuatı dolğun, rəsmi informasiyalarla təmin etməlidir. Yəni bitən proses barədə xüsusilə, sosial mediada xeyli dezinformasiyalar ortalıqda olduqdan sonra hansısa xəbərin verilməyindənsə, gedişatdan qısa-qısa məlumat yaymaq daha yararlı ola bilər. Bu gün ölkəmizdə bir "TikTok Azərbaycanı" var. Orada tam fərqli bir gündəm yaradırlar.
Şəxsən “TikTok”dakı Azərbaycana diqqət etsək, havada uçuşan dezinformasiyalar insanda sanki Pakistan, Əfqanıstan təəssüratı yaradır. Elə bil, Bakıda deyil, Qəndəharda yaşayırıq.
Amma belə olmadığını hamımız bilirik. Bu kimi dezinformasiyalara əhəmiyyət verməmək lazımdır. Rəsmi məlumatlar nə qədər vaxtında yayılarsa, mətbuat da daha dolğun informasiya ilə insanları təmin edə bilər. Çünki adamlar mediada rəsmi xəbərlər tapmadıqda TikTok kimi "başıboşların", stəkanda fırtına yaratmaq istəyən avantüristlərin "xəbər kanallarına" yönəlirlər. Nəticədə problemlər yaşanır".
Qeyd edək ki, martın 4-də Xətai rayonunda yerləşən “BRAVO” hipermarketinə silahlı hücum olub. Hadisə nəticəsində bir nəfər vəfat edib, iki nəfər yaralanıb. Belə həssas zamanda bəzi media qurumları aidiyyəti üzrə orqanların rəsmi açıqlamalarını gözləmədən dezinformasiyalar yayırlar. Bu da əhali arasında çaşqınlığa səbəb olur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya