Məhkəmə İTV-ni 3 min manat cərimələyib
Məhkəmə İTV-ni 3 min manat cərimələyib
10:31 15.08.2024
Media
855
Məhkəmə İTV-ni cərimələyib.
Bu barədə APA-ya Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin “İTV” televiziya redaksiyasının (kanalının) efirində 04 may 2024-cü il tarixdə 13.00–13.24 saat aralığında yayımlanmış “1 şəhər və 24 saat” proqramında qanunvericiliyin tələblərinin pozulması faktı aşkarlanıb. Həmin proqramın yayımı zamanı aparıcının masa üzərindəki alkoqollu içkinin xüsusiyyətlərini təsvir etməsi və həmin şəhərə gələndə onun içilməsini tövsiyə etməsi faktı “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun 4.2.3-ci maddəsində öz əksini tapmış “uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya” olmaqla uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aiddir. Həmin Qanunun 9.3-cü maddəsinə uyğun olaraq “18+” yaş kateqoriyasına aid informasiya məhsulu televiziya və radio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlıq televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilir.
“İTV” televiziya redaksiyası proqramın yayımı zamanı qeyd olunan qanunvericilik tələblərinə riayət etməyib və bununla da, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulub. Bununla bağlı, Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən 2 avqust 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilib və İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbləri nəzərə alınaraq müvafiq məhkəməyə göndərilmişdir. 13 avqust 2024-cü il tarixində Yasamal Rayon Məhkəməsində işə baxılmış və məhkəmənin müvafiq qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti üç min manat məbləğində cərimə edilmişdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp İran rəhbərlərinin öldürülməsini səhv addım hesab edib
16:37 13.10.2026
Gündəm