Mətbuat Şurasında “TikTok”da fəal olan jurnalistlərlə GÖRÜŞ
Yusif Nəzərli
16:48 19.06.2023
Media
812
İyunun 16-da Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “TikTok” platformasında fəal olan media təmsilçilərinin bir qrupu ilə görüş keçirilib.
"Sherg.az" xəbər verir ki, toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid son illər “TikTok”un ölkəmizdə populyarlaşdığına diqqət çəkib və bildirib ki, mövcud amil ona həm də informasiyanın yayılması arealı kimi yanaşmanı aktuallaşdırmaqdadır. Bu prosesdə isə jurnalistlərin dahaaktiv iştirakı günün tələbidir. “Mayın 30-da “TikTok” platformasının Şərqi Avropa regionunda dövlət qurumları ilə iş üzrə direktoru Sergey Sokolov, dövlət qurumları ilə iş üzrə meneceri Dmitri Pylev, platforma üzərindəki canlı yayımların Orta Asiya və Şərqi Avropa üzrə direktoru Veqa Sonq, həmçinin, “TikTok”un Azərbaycan üzrə əlaqələndiricisi Emin Axundov Mətbuat Şurasında olub. Bundan əvvəl, mayın 12-də isə “TikTok”un Azərbaycan üzrə əlaqələndiricisi Emin Axundovla görüşmüşdük.Ümumən, “TikTok” maraqlıdır ki, platformada kontent səviyyəli olsun. Buna görə ölkəmizdəki müxtəlif qurumlarla əməkdaşlığa səy göstərir”, - deyə R.Məcid vurğulayıb.
MŞ sədri onu da bildirib ki, Azərbaycan jurnalistlərinin“TikTok” müstəvisində səviyyəli kontentin formalaşmasında iştirak imkanları yüksəkdir. O, bu iştirakçılığın xoşagəlməz halların qarşısının alınmasında, informasiya müstəvisində manipulyasiyaların aradan qaldırılmasındakı önəmindən söz açıb.
“Biz nə edə bilərik? Hesab edirik ki, “TikTok” nümayəndələri Azərbaycan jurnalistləri üçün təlimlər keçirə bilərlər. Mövcud istiqamətdə dəstəyimizi göstərə biləcəyimizi vurğuladıq. Xüsusən də gənc jurnalistləri bu platformaya həvəsləndirmək vacibdir”, - deyən R.Məcid Mətbuat Şurasının aktiv sosial şəbəkələrdəki aktiv media təmsilçiləri ilə təmaslara üstünlük verdiyini də diqqətə çatdırıb.O, ötən il onlarla keçirilmiş görüşdə Şuranın etik prinsiplərə riayət edilməsinin vacibliyinin vurğulandığı müraciətinin yayıldığını vurğulayıb.
Görüşdə iştirak edən “TikTok”da fəal olan jurnalistlər mövcud platformadakı informasiya yayıcılığı ilə bağlı müxtəlif məqamlara toxundular. Onlar bildirdilər ki, məsələyə önəm verilməsi həm də ölkənin informasiya təhlükəsizliyi baxımından vacibdir. Görüşdə bu baxımdan ayrı-ayrı misallar üzərində dayanıldı. Jurnalistlər, həmçinin, özlərinin səhifələrinin əsassız yerə silinməsi kimi halların mövcudluğunu qabartdılar. Eyni zamanda, ilk mənbə rolunda çıxış edən dövlət qurumlarının mediaya informasiya verilməsinə məsul əməkdaşlarının da “TikTok”da fəallıqlarına ehtiyacın duyulduğunu bildirib, bunun yanlış informasiyaların qarşısının alınması nöqteyi-nəzərdən əhəmiyyətinə toxundular.
Görüşdə qaldırılan məsələlər qruplaşdırıldı və bildirildi ki, bütün bunlar gələcəkdə “TikTok” rəhbərliyinin Azərbaycan jurnalistləri ilə təmasları zamanı da müzakirəyə çıxarıla bilər.
Oxşar xəbərlər
Fərid Şəfiyev: Azərbaycan-Türkiyə birliyinə qarşı mütəşəkkil dezinformasiya kampaniyaları aparılır
12:49 15.09.2026
Burhanettin Duran: Türk dövlətləri media sahəsində əməkdaşlığı daha da gücləndirməlidir
11:37 15.09.2026
Xəbər lenti
Hamısına bax
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya