Mətbuat Şurasından “Charlie Hebdo”nun qərəzli mövqeyi ilə bağlı BƏYANAT
Yusif Nəzərli
12:01 05.01.2023
Media
812
Azərbaycan Mətbuat Şurası (MŞ) Fransanın “Charlie Hebdo” satirik jurnalının təfriqəçi mövqeyini pisləyib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə MŞ-nin yaydığı bəyanatda bildirilib.
Bəyanatda deyilir:
“Medianın xalqlar, dövlətlər arasında qarşıdurma, nifaq yaratması yolverilməzdir. Bu, jurnalist peşəsinə həssas yanaşmanın, etik prinsiplərə sadiqliyin başlıca meyarıdır. Belə məsələlərdəki həssaslıq, həmçinin, bəşəri dəyərlərin qorunması baxımından da müstəsna əhəmiyyət daşıyan ictimai missiyadır. Təəssüf ki, yaşadığımız dünyada qeyd etdiyimiz məqamları nəzərə almayan, özünün qızışdırıcı mövqeyi ilə seçilən, lokal maraq və mənafelərin əsiri olan, jurnalistikanı siyasi alətə çevirən media orqanları var. Onlardan biri də Fransanın “Charlie Hebdo” satirik dərgisidir.
“Charlie Hebdo”nun 2023-cü ildəki ilk sayında yayımlanmış “Pantürkizm yenə erməni meyitləri üzərində möhkəmlənmək istəyir” sərlövhəli yazıda yaşadığımız Cənubi Qafqaz regionundakı gərginliyi artırmaq, Azərbaycana və Türkiyəyə münasibətdə mənfi beynəlxalq ictimai rəy formalaşdırmaq istəkləri, aşkar şəkildə, özünü göstərməkdədir. Nəşrin yanaşması, eyni zamanda, bölgədə sülhün bərqərar olması naminə həyata keçirilən fəaliyyəti heçə saymaqdır.
“Charlie Hebdo” jurnalının Fransanın ermənipərəst dairələrinin mövqeyini əsas tutması, bu dairələrin regiondakı münaqişə ocağından yeni müharibə mühiti formalaşdırmaq istəklərinin ifadəçisi qismində çıxış etməsi onun seçdiyi üslubdan da aydın görünməkdədir.
Ümumən İslam dünyasına münasibətdə əvvəllər də qərəzli, təfriqəçi, həqarət dolu baxışları ilə seçilmiş “Charlie Hebdo”nun qeyri-peşəkar təqdimat tərzini davam etdirməsi təəssüf doğurmaqdadır. İndiki halda nəşrin reallıqları və həqiqətləri nəzərə almaması, manipulyativ mahiyyət daşıyan dəst-xəti peşəkar jurnalistika prinsiplərinə meydan oxumaqdır.
O da təəssüf doğurur ki, ali dəyərləri təbliğ və təlqin etdiyini bildirən Fransada dərginin satira adı altında söz və ifadə azadlığından aşkar sui-istifadə cəhdlərinə qarşı zəruri ictimai reaksiya yoxdur, qanuni ölçü tədbiri görülmür.
Azərbaycan Mətbuat Şurası “Charlie Hebdo” satirik jurnalının təfriqəçi mövqeyini qətiyyətlə pisləyir. Şura Fransa hakimiyyətini, cəmiyyətini, həmçinin, bütövlükdə, Avropanın mütərəqqi ictimaiyyətini bu dərginin həm mənəvi, həm də hüquqi baxımdan yolverilməz sayılan fəaliyyət tərzinə biganə qalmamağa, belə meyillərə qarşı yerli qanunlarla və beynəlxalq hüquq normaları ilə müəyyənləşmiş qaydada tədbirlər həyata keçirilməsinə baxmağa çağırır”.
Qeyd edək ki, “Charlie Hebdo”nun bir neçə gün əvvəlki sayında Ukraynadakı müharibənin Ermənistan və Qarabağ üzərindəki “təhlükə”ni unutdurduğu barədə məqalə dərc olunub və hər kəsə ermənilərin xeyrinə səfərbər olmaq çağırışı edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qızqaçırma cəsarət deyil, caniləşmənin əlamətidir - Psixoloq
21:54 07.04.2026
Sosial
İraqdan Suriyaya gözlənilməz hücum...
21:28 07.04.2026
Region
Çin BMT TŞ-nin Hörmüz boğazına dair qətnaməsinə veto qoyub
21:13 07.04.2026
Dünya
Ağ Ev Vensi təkzib etdi - İrana nüvə zərbəsi endirilməyəcək
20:29 07.04.2026
Dünya
Göygöldə qəza olub, xəsarət alanlar var
20:09 07.04.2026
Hadisə
ABŞ Bəhreyndəki vətəndaşlarını sığınacaqlarda qalmağa çağırıb
19:58 07.04.2026
Dünya
İt dişlədi, həyatı dəyişdi: Məhkəmədə rekord təzminat aldı
19:22 07.04.2026
Hadisə
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
19:10 07.04.2026
Gündəm
Aaron Ramsey 35 yaşında futbolu buraxdı
18:59 07.04.2026
Futbol
Dostunun evindən pul oğurlayıb motosiklet alan şəxs saxlanılıb
18:37 07.04.2026
Hadisə
Netanyahu: İranın dəmir yolları və körpülərinə hücuma başlamışıq
18:30 07.04.2026
Dünya
Dialoq dayandırıldı: Tehran Vaşinqtonla bütün kanalları bağladı
17:56 07.04.2026
Dünya
Vens Orbanın seçkilərdə qalib gələcəyinə əmindir
17:11 07.04.2026
Dünya