Mətbuat Şurasının yeni layihəsi üzrə ilk toplantı keçirilib
16:41 16.07.2024
Media
540
Azərbaycan Mətbuat Şurasında (MŞ) Şuranın Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşdırdığı “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi çərçivəsində ilk toplantı keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid rəhbəri olduğu qurumun təşəbbüsünə həssas yanaşdığına görə QHT Agentliyinə təşəkkürünü ifadə edib.
525.az xəbər verir ki, MŞ sədri bildirib ki, Azərbaycan media məkanı barədə aydın təsəvvür formalaşdıran məlumat bazası yaratmaq ideyası Şuranın 2022-ci ildən nəzərdə tutduğu iş planının mühüm tərkib hissəsidir. R.Məcid belə bir bazanın vacibliyini ona duyulan ehtiyac baxımından əsaslandıraraq vurğulayıb ki, mövcud istiqamətdəki fəaliyyət mərhələli və davamlıdır. Çünki ölkəmizin media mühiti daim inkişafda, yeni seqmentlər qazanmaqdadır. “Mediamızdakı dinamika istər-istəməz palitra zənginliyi yaradır. Bu zənginlik isə ortaya institusional baxış qoyulmasını ehtiyaca çevirir. Elə bir baxış ki, ona yalnız Azərbaycanda deyil, dünyada da müraciət edilsin. Bu, informasiya cəbhəsində mübarizəmiz baxımından da önəmli faktordur”, - deyən R.Məcid layihənin qarşısına qoyduğu vəzifələrin reallaşacağına əminliyini vurğulayıb. O, eyni zamanda, layihənin icrasına göstərdiyi təşkilati dəstəyə görə Medianın İnkişafı Agentliyinə və Jurnalistlərin Həmkarlar İttifaqına təşəkkürünü bildirib.
Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli icra olunan layihənin əhəmiyyətini vurğulayıb. O, bu fəaliyyətin media məkanındakı pərakəndəliyin aradan qalxmasına əhəmiyətli töhfə verəcəyinə, həmçinin beynəlxalq miqyasda Azərbaycan mediası ilə bağlı ciddi təəssürat formalaşdıracağına əminliyini dilə gətirib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihələrin idarə olunması üzrə meneceri Natiq Lahıcov da Mətbuat Şurası tərəfindən qaldırılan təşəbbüsün faydalı cəhətlərindən söz açıb. O, təmsil olunduğu qurumun bunu nəzərə alaraq, müvafiq dəyərləndirilmələr apardığını və layihənin icrası üçün vəsait ayırdığını diqqətə çatdırıb.
MŞ-nin icraçı katibi Əvəz Rüstəmov toplantı iştirakçılarını Şuranın “Presscouncil.az” saytında yaradılmış “Azərbaycanın media landşaftı” kateqoriyası haqqında məlumatlandırıb. Ə.Rüstəmov bu kateqoriyada “Azərbaycanda informasiya dövriyyəsini tənzimləyən qanunlar”, “İnformasiyanın etik standartlarını müəyyən edən yerli və beynəlxalq sənədlər”, “Azərbaycanın aparıcı media subyektləri”, “Azərbaycan mediasından gender balansı”, “I və II Qarabağ müharibəsi dövründə Azərbaycan mediası” yarımkateqoriyalarının yer aldığını diqqətə çatdırıb.
MŞ İdarə Heyətinin üzvü, “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsinin eksperti Müşfiq Ələsgərli bildirib ki, ölkəmizin media mühitini təsvir edən bütün informasiyaların vahid mənbədə toplanılması bu mühit barədə detallı və obyektiv bilgi əldə etmək istəyənlərin bir mənbəyə köklənmələrinə şərait yaradacaq. Ən böyük hədəf də elə budur.
MŞ İdarə Heyətinin üzvü Qulu Məhərrəmli və digər çıxış edənlər “Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsinin əhəmiyyətindən söz açaraq götürülmüş kursun sistemli və ardıcıl icrasının müsbət nəticələr doğuracağına inandıqlarını deyiblər. Toplantıda həmçinin, iştirakçıların sualları cavablandırılıb, təklifləri qruplaşdırılıb
Oxşar xəbərlər
Fərid Şəfiyev: Azərbaycan-Türkiyə birliyinə qarşı mütəşəkkil dezinformasiya kampaniyaları aparılır
12:49 15.09.2026
Burhanettin Duran: Türk dövlətləri media sahəsində əməkdaşlığı daha da gücləndirməlidir
11:37 15.09.2026
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə