
Milli Mətbuat Günü münasibətilə yerli və xarici media nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub
Yusif Nəzərli
16:18 18.07.2022
Media
689
Milli Mətbuat Günü ərəfəsində - 2022-ci il 18 iyul tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə yerli və xarici media nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub.
"Sherg.az" xəbər verir ki, səfərdə, həmçinin Vətən müharibəsi iştirakçıları və veteran neftçilər iştirak ediblər.
“Neft Daşları”nda qonaqları Neft-qaz çıxarma idarəsinin rəisi Balaəli Cəfərov qarşılayıb.
İştirakçılar əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin “Neft Daşları”nda ucaldılmış abidəsini ziyarət edib, Ulu Öndərin adını daşıyan muzey ilə tanış olublar. Nümayəndə heyətinə Ümummilli Liderin neft sənayesinin inkişafına göstərdiyi diqqət və qayğısını əks etdirən tarixi fotolar haqqında məlumat verilib.
Daha sonra görkəmli neftçi-geoloq Ağaqurban Əliyevin abidəsi və Xəzəri fəth edərkən dənizdə həlak olmuş neftçilərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edilib.
Vətən müharibəsi iştirakçısı Zahid Məmmədkərimov ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş neftçilərin abidə kompleksinin qarşısında həmkarlarının qəhrəmanlığından danışıb.
Səfər iştirakçıları daha sonra dünyada açıq dənizdə sənaye üsulu ilə qazılan ilk neft quyusu ilə tanış olub, onlara quyunun tarixi və istismar dövrü barədə məlumat verilib.
Nümayəndə heyəti, həmçinin Qaz Turbin İstilik Elektrik Stansiyasına səfər edib.

Media nümayəndələri ilə keçirilən görüşdə “Azneft” İB-nin baş direktoru Şahmar Hüseynov Milli Mətbuat Günü münasibətilə onları təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən qocaman neftçi, professor Alçın Şirinzadə müxtəlif vaxtlarda media nümayəndələri ilə görüşlərindən məmnunluqla danışıb.
Tədbir neftçilərin təqdimatında Milli Mətbuat Gününə həsr olunmuş konsert proqramı ilə yekunlaşıb.
Oxşar xəbərlər
Jurnalistlərə saxta zəng xəbərdarlığı: tanınmış şəxslərin adından istifadə olunur - XƏBƏRDARLIQ
16:00 14.10.2026
Media və Yayım Şurası: Azərbaycan haqqında əsassız və qərəzli materiallara qarşı heç bir tədbir görülməməsi ciddi narazılıq doğurur
10:44 14.10.2026
Xəbər lenti
Hamısına bax
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm
Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib
13:39 14.10.2026
Dünya
Hörmüz boğazında konteyner daşıyan gəmi minaya düşdü
13:37 14.10.2026
Dünya
İran telekanalının Azərbaycana qarşı informasiya hücumu ifşa olundu
13:18 14.10.2026
Media
Yüzlərlə uşaq qatili erməni separatçı məhv edildi
13:14 14.10.2026
Aktual
Kartdan karta ödənişlərdə tutulmalar - Belə olacaq
13:11 14.10.2026
İqtisadiyyat