MŞ: Seçkilərin informasiya təminatı yüksək səviyyədə reallaşdı
MŞ: Seçkilərin informasiya təminatı yüksək səviyyədə reallaşdı
08:54 08.02.2024
Media
1173
Azərbaycan Mətbuat Şurası bütün seçki proseslərində olduğu kimi, 7 fevral Prezident seçkilərində də medianın fəaliyyətini diqqət mərkəzində saxladı. Qurumun bununla bağlı iş prinsipi əsasən üç istiqaməti əhatə etdi - seçkiqabağı dövrdə media orqanlarının monitorinqi, “qaynar xətt” rejimi və seçki məntəqələrində müşahidə.
Şuradan verilən xəbərə görə, seçkiqabağı dövrdə Azərbaycan Mətbuat Şurasının monitorinq qrupu ölkənin müntəzəm yayımlanan media vasitələrinin materiallarını nəzərdən keçirib:
"Monitorinqin nəticələri onu deməyə əsas verdi ki, Azərbaycan jurnalistikası seçki kampaniyası müddətində ədalətli rəqabət mühitinin formalaşmasına həssas yanaşdı, cəmiyyətin obyektiv informasiya almaq hüququnun gerçəkləşməsini təmin etdi. Habelə, mediada “qara piar” tendensiyası və digər bu sayaq xoşagəlməz hallar yaşanmadı.
Seçki günü Mətbuat Şurasında yaradılmış “qaynar xətt” rejimi səsvermə başlayan andan bitənədək jurnalistlərin ixtiyarında oldu. Gün ərzində Şuranın bu rejimdə fəaliyyət göstərən şəhər və mobil telefon nömrələrinə cəmi bir müraciət edildi. Həmin müraciət üzrə müəyyənləşdirildi ki, xarici media vasitəsi ölkəmizdə akkreditasiyadan keçmədiyindən, onun seçkini işıqlandırması qeyri-mümkündür. Bununla əlaqədar müraciət müəllifi məlumatlandırıldı, ona qanunvericiliyin tələbləri izah edildi.
Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və rəsmi şəkildə müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri, eləcə də ayrı-ayrı təmsilçiləri paytaxtdakı və respublikamızın müxtəlif bölgələrindəki seçki məntəqələrində jurnalistlərə prosesi işıqlandırmaq üçün yaradılmış şəraitin monitorinqini apardılar, media təmsilçiləri ilə fərdi təmaslar qurdular. Həm onların müşahidələrindən, həm də “qaynar xətt” rejiminin yaradılmasından məqsəd seçki günü jurnalistlərin fəaliyyəti baxımından baş verə biləcək anlaşılmaz durumların, mümkün maneələrin qarşısını operativ sürətdə almaq idi.
Hər iki istiqamət üzrə görülmüş işlərin təhlili göstərdi ki, jurnalistlər seçki günü özlərinin peşə vəzifələrini heç bir maneə olmadan, tam sərbəst şəkildə həyata keçirdilər. Əlamətdar məqam ondadır ki, istər Mərkəzi Seçki Komissiyası, istər Medianın İnkişafı Agentliyi, istərsə də ayrı-ayrı dövlət qurumları media fəaliyyətinin müxtəlif təzahür formalarına səlahiyyətlərindən irəli gələn həssas münasibət göstərdilər. Onların operativ yanaşmaları yanlış ictimai rəyin formalaşmasının qarşısının alınması, cəmiyyətin düzgün yönləndirilməsi baxımından əhəmiyyətli oldu.
Mətbuat Şurası yekunda belə nəticəyə gəlir ki, 7 fevral Prezident seçkiləri həm təbliğat-təşviqat kampaniyası dövründə, həm də seçki günü medianın prosesi işıqlandırması, onun qanunauyğun fəaliyyətinin, bütövlükdə media azadlığının, informasiya əldə etmək hüququnun təminatı baxımından bütün beynəlxalq standartlara və Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun şəkildə keçirildi.
Ümumən, seçkilərin informasiya təminatı yüksək səviyyədə reallaşdı. Ən əsası, Azərbaycan mediası prosesin müxtəlif aspektlərinin təqdimatında yüksək peşəkarlıq nümayiş etdirdi. Xalqımız və dövlətimiz üçün taleyüklü əhəmiyyət daşıyan bu missiyanın gerçəkləşməsində əməyi keçənlərin hər birinə, jurnalistlərə təşəkkürümüzü bildirir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm
Tramp: İran artıq təhlükəli deyil, müharibə tezliklə bitəcək
11:16 08.10.2026
Gündəm
Pilotlar qəsdən törədib: 20 il ərzində 800-dən çox insan ölüb
11:15 08.10.2026
Hadisə
Yaponiya ölkəyə nüvə silahı gətirir
10:57 08.10.2026
Dünya
Dodon: Moldova müharibəyə yaxınlaşır
10:43 08.10.2026
Dünya