Azərbaycanda bir sıra qəzetlərin satış qiyməti bahalaşıb.
Trend xəbər verir ki, artımlar yanvarın 5-dən başlayaq tətbiq edilir.
Belə ki, hazırda “525-ci qəzet” 40 qəpik artırılaraq 1 manata, “Bakı Xəbər” 40 qəpik artırılaraq 60 qəpiyə, “Novoye Vremya” 60 qəpik artırılaraq 70 qəpiyə, “Səs” 60 qəpik artırılaraq 1 manata satılır.
60 qəpiklik krosvord qəzetlərinin də qiyməti 10 qəpik artırılıb.
Yalnız "Şərq" qəzeti bahalaşmayıb, qəzetin əvvəlki qiyməti (50 qəpik) dəyişməyib.