Rəşid Hacılının paylaşımına REAKSİYA: “Azərbaycan jurnalistlərindən üzr istəməlidir !”
Turan
10:00 13.09.2019
Media
1260
“Düzgün yanaşma deyil və buna görə Rəşid Hacılını qınayıram”.
Bunu “Sherg.az”a açıqlamasında Mətbuat Şurasının sədr müavini, Jurnalist Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli deyib.
MŞ sədr müavini bildirib ki, bu məsələyə iki kontekstdən yanaşmaq lazımdır:
“Birincisi, bu cür hərəkət ümumiyyətlə, yolverilməzdir. Media sahəsində çalışmış, özünü hüquqşünas elan etmiş təhsilli bir şəxsin bu cür kobud səhvə yol verməsi sadə dillə desək, ayıbdır. Ümumiyyətlə, heç kim təhqir dili ilə danışmamalıdır. Bir adam təhqirə baş vurursa, deməli, özünün də təhqir olunmasına hazırdır. Açığı, belə bir hərəkəti Rəşid Hacılıya sığışdırmadım. Onun paylaşdığı karikatura təhqirdir. Sadəcə, bir-iki nəfərə deyil, bütün ölkə jurnalistlərinə yönəlmiş təhqirdir. O, ölkənin içində medianın durumunu bilmədən, hadisələri araşdırmadan, tanış olmadan təhqiramiz formada hərəkət edir. Yaxşı bilir ki, Azərbaycan jurnalistləri vətənpərvər və peşəkardırlar. Jurnalistlər özlərinə və sənətlərinə qiymət qoyan adamlardır və ona cavab verəcəklər. Bunu bilə-bilə belə bir hərəkət edirsə, deməli, bu cür təhqirləri qəbul etməyə hazır olan adamdır”.
M.Ələsgərlinin sözlərinə görə, Rəşid Hacılı Azərbaycan mediası ilə bağlı söz söyləmək haqqını itirmiş adamdır:
“Azərbaycanda fəaliyyət göstərdiyi vaxtlar Media İnstituna rəhbərlik edib. Yəni, özünü jurnalistikanın müdafiəçisi kimi qələmə verib. Eyni zamanda siyasi proseslərə qoşulub. 2013-cü ildən rəsmən Milli Şura üzvü olub. Əvvəlcə özünə bir yer etsin ki, bu adam siyasətçidir, yoxsa jurnalist?! Sonra başqaları haqqında danışsın. Hüquqşünasın bu cür davranışı yolverilməzdir. Həm də məzmun baxımından yalandır. O, Azərbaycan jurnalistlərinə şər-böhtan atır, həm də bunu təhqiramiz formada edir. Səhvini etiraf etməli və Azərbaycan jurnalistlərindən üzr istəməlidir”.
Qeyd edək ki, Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılının Feysbuk profilində jurnalistləri təhqir edən karikatura paylaşması Azərbaycan media cameəsində etiraza səbəb olub. R.Hacılı yüzlərlə tanınmış qələm sahiblərinin təmsil olunduğu jurnalist ordusunu bir parça sümüyə doğru yürüyən "heyvanlar" kimi təqdim edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual