Media savadlılığı mövzusu məktəbdən başlayır.
Sherg.azxəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev “Rəqəmsallaşma, Süni İntellekt və Media Savadlılığı” Konfransında deyib.
O bildirib ki, artıq məktəblərdə bu istiqamətdə müəyyən uğurlu işlər var.
"Orta məktəblərdə aşağı siniflərdə dərslərdə kibertəhlükəsizlik kimi məlumatlara geniş yer ayrılır. Yuxarı siniflərdə isə şagirdlərə məlumatların təhlili öyrədilir", - o əlavə edib.
Səbuhi Rzayev qeyd edib ki, bu sahənin ayrıca fənn kimi tədrisi əvəzinə digər sahələrlə əlaqələndirilərək məktəblərdə keçirilməsi daha məqsədəuyğundur: "Aparılan monitorinqlər göstərir ki, ölkədə şagirdlər arasında oxuyub-anlama səviyyəsi çox qənaətbəxş səviyyədə deyil. Media savadlılığı üçün ilk növbədə oxuyub-anlama bacarığı inkişaf etdirilməlidir. Bunun üçün tədbirlər davam etdirilir. Hər il bunun üçün tədris proqramları yenilənir".