"Səs" qəzeti tamamilə bağlanmır, həftədə bir dəfə çap olunacaq.
Qəzetin baş redaktoru Bəhruz Quliyev Teleqraf-la əlaqə saxlayaraq yeni qərar barədə məlumat verib.
Onun sözlərinə görə, heyətlə keçirilən növbəti iclasda restrukturuzasiya, optimallaşma işləri və texniki məsələlər müzakirə olunub və belə qərara gəlinib.
***
"Səs" qəzeti fəaliyyətini dayandırır.
Bu barədə Teleqraf-a qəzetin baş redaktoru Bəhruz Quliyev bildirib.
Onun sözlərinə görə, Medianın İnkişafı Agentliyinin (MEDİA) çap media subyektlərinə dəstək üçün müsabiqə çərçivəsində qəzetlərin həftədə yalnız bir nömrəsini maliyyələşdirməsi barədə qərarını 35 illik kollektivlə müzakirə edib.
"Qəzetin bazasında SƏS Media Qrupu yaranıb. Qəzet uzun illər dövlətin ideoloji əsaslarının yaradılmasında iştirak edib və ulu öndər Heydər Əliyevin yolundan dönmədən vuruşub. Maddi çətinliyimiz olduğuna görə işimiz rentabelli olmayacaqdı. Bu səbəbdən kollektivin yarısı ilə vidalaşmağa məcbur olduq. Dövlətçiliyə xidmət etmiş əməkdaşlarımızla sağollaşmaq çox ağırdır" - Bəhruz Quliyev əlavə edib.