Şöbə müdiri:"Mətbuata 10 milyon manata yaxın güzəştdən söhbət gedir"
Yusif Nəzərli
13:50 06.02.2023
Media
794
“Mediaya vergi güzəştlərinin tətbiq edilməsi bu sahənin inkişafına ciddi stimul olacaq”.
“Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin (MEDİA) şöbə müdiri Natiq Məmmədli deyib.
Qurum rəsmisi bildirib ki, bu gün Milli Məclisin İqtisadi siyasət və sahibkarlıq komitəsində medianın inkişafı baxımından çox mühüm bir qanun layihəsinin müzakirəsi olub:
“Belə ki, yaxın üç il ərzində audiovizual media subyektləri istisna olmaqla digər media subyektləri bütün vergilərdən azad olunurlar. Burada medianın gəlir, mənfəət və əlavə dəyər vergisindən azad olunmasından söhbət gedir.
Məsələ ilə bağlı Medianın İnkişafı Agentliyi uzun zamandır ki, tədqiqatlar aparır və müxtəlif media subyektləri arasında sorğular həyata keçirib. Mediamız daim istəyib ki, ona dövlətin iqtisadi güzəştləri tətbiq edilsin. Nəhayət bu istiqamətdə addım atıldı və Vergi Məcəlləsinə dəyişiklik edilməsi layihəsi gəldi”, - o qeyd edib.
N.Məmmədli vurğulayıb ki, dəyişiklikdən sonra çap və onlayn media subyektlərinə vergi güzəştləri tətbiq olunacaq:
“İqtisadçıların hesablamalarına görə, burada 10 milyon manata yaxın güzəştdən söhbət gedir. Bu da dövlətin mediaya, azad sözə və plüralizmə dəstəyinin bir formasıdır”.
Oxşar xəbərlər
Fərid Şəfiyev: Azərbaycan-Türkiyə birliyinə qarşı mütəşəkkil dezinformasiya kampaniyaları aparılır
12:49 15.09.2026
Burhanettin Duran: Türk dövlətləri media sahəsində əməkdaşlığı daha da gücləndirməlidir
11:37 15.09.2026
Xəbər lenti
Hamısına bax
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya