“Sosial media jurnalistin məlumat mənbəyi kimi” mövzusunda ilk VEBİNAR ...
Yusif Nəzərli
13:29 14.06.2022
Media
762
İyunun 14-də Medianın İnkişafı Agentliyinin və ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının birgə təşkilatçılığı ilə “Sosial media jurnalistin məlumat mənbəyi kimi” mövzusunda ilk vebinar keçirilib.
"Sherg.az" xəbər verir ki, vebinarda müxtəlif media subyektlərinin nümayəndələri, jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan tələbələr, həmçinin Media könüllüləri iştirak edib.
Vebinarın moderatoru, Kommunikasiya və Rəqəmsal Media proqramının direktoru Şəfəq Mehrəliyeva bildirib ki, əsas məqsəd yerli iş bazarında kommunikasiya və media mütəxəssislərinə artan ehtiyacı tədricən ödəməklə yanaşı, həm də Azərbaycanda bu sahəninin elmi potensialını artırmaqdır. Vurğulanıb ki, bu gün başlanılan vebinarlar silsiləsi yalnız gənc media nümayəndələri üçün deyil, həm də təcrübəli mütəxəssislər üçün faydalı müzakirə platformasına çevriləcəkdir.
Sonra “Sosial media jurnalistin məlumat mənbəyi kimi” mövzusunda təqdimatla çıxış edən media inkişafı üzrə mütəxəssis Emin Hüseynzadə sosial medianın jurnalistikaya təsirindən bəhs edib. Bildirib ki, informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir və bu inkişaf sosial medianın yüksəlişinə səbəb olur. Sosial şəbəkənin fərqli rollarından, xüsusiyyətlərindən danışan mütəxəssis jurnalistin sosial mediadan məlumat mənbəyi kimi istifadə edərək öz işini daha keyfiyyətli necə yerinə yetirə bilməsi məsələlərini diqqətə çatdırıb. Vebinarda “Deep fake”lə mübarizə üsulları da qeyd edilib.
Media inkişafı üzrə mütəxəssis sual-cavab sessiyasında vebinar iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Oxşar xəbərlər
Jurnalistlərə saxta zəng xəbərdarlığı: tanınmış şəxslərin adından istifadə olunur - XƏBƏRDARLIQ
16:00 14.10.2026
Media və Yayım Şurası: Azərbaycan haqqında əsassız və qərəzli materiallara qarşı heç bir tədbir görülməməsi ciddi narazılıq doğurur
10:44 14.10.2026
Xəbər lenti
Hamısına bax
Çin və Rusiya XİN rəhbərləri Bakıda görüşüb
18:18 14.10.2026
Gündəm
Tacikistan Prezidenti Azərbaycana səfərə gəldi
18:10 14.10.2026
Rəsmi
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
17:54 14.10.2026
Gündəm
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:46 14.10.2026
Gündəm
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial