"Space TV"nin və "Media FM"in yayımı müvəqqəti dayandırılacaq
Yusif Nəzərli
08:42 18.05.2023
Media
1276
Audiovizual Şuranın videoformatda iclası keçirilib.
Bu barədə "Report"a Şuradan məlumat verilib.
İclasda Şuranın apardığı monitorinqlər nəticəsində aşkarlanmış "Media FM" radio kanalının efirində "Reklam haqqında" Qanunun, "Space TV" televiziya kanalının efirində isə "Media haqqında" Qanunun tələblərinin pozulması faktları müzakirə olunub.
Belə ki, ümumölkə yerüstü radio yayımçısı olan "Digital Media" MMC-nin "Media FM" radio redaksiyasının efirində 11 may tarixində saat 08.48-də, 15 may 2023-cü il tarixində saat 08.50-də, 09.49-da və 12.50-də "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin tələbinin (hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır) pozulması faktları qeydə alınıb.
Bundan başqa, ümumölkə yerüstü televiziya yayımçısı olan "Space Müstəqil Televiziya və Radio Şirkəti" MMC-nin "Space TV" televiziya redaksiyasının efirində 12 may 2023-cü il tarixində "Gəl, danış" proqramının yayımı zamanı (saat 13.01-də) "Media haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.6-cı maddəsinin tələbinin (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulması faktı aşkarlanıb.
Şura üzvləri aparılan müzakirələrdən sonra hər iki redaksiyaya qarşı yayımın dayandırılması sanksiyasının tətbiq olunmasına yekdilliklə səs vermişlər. Beləliklə, Azərbaycan Respublikası Audiovizual Şurasının qəbul etdiyi müvafiq qərarlara əsasən "Media FM" radio redaksiyasının proqramlarının yayımı 21 may 2023-cü il tarixdə 23.00-24.00 arası 1 saatlıq, "Space TV" televiziya redaksiyasının proqramlarının yayımı 21 may 2023-cü il tarixdə 08.00-11.00 arası 3 saatlıq dayandırılacaqdır.
Audiovizual Şura bir daha bütün audiovizual yayımçıları proqramların yayımı zamanı qanunvericiliyin tələblərinə riayət etməyə çağırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi