Speys TV ilə bağlı yayılan məlumatlara reaksiya

Bəzi subyektiv səbəblərdən Speys TV-də müəyyən problemlər olub və ictimailəşib.

Axar.az xəbər verir ki, bunu Real TV-də yayımlanan "Media masası" verilişində Speys TV-nin baş direktoru Ayaz Mustafayev deyib.

"Son illər səriştəsiz idaarəetmə, səhv verilən qərarlar, yanlış atılan addımlar buna səbəb olub", - o qeyd edib.

A.Mustafayev sosial şəbəkələrin reytinqi barədə də danışıb və hazırda televiziyanın sosial şəbəkələrə yalnız zaman məsələsində uduzduğunu vurğulayıb.