
"Sputnik Ermənistan" DAYANDIRILDI: Hələ başlanğıcdır...
09:54 23.12.2023
Media
968
Bundan sonra Rusiya ilə Ermənistan arasında daha kəskin hadisələr baş verəcək
Ermənistanda "Sputnik Ermənistan" radiosunun yayımı 30 gün müddətinə dayandırılıb. Rusiyanın Ermənistandakı səfirliyi qərarı şərh edərkən bunu ermənilərin informasiya almaq hüququnun məhdudlaşdırılması kimi dəyərləndirib. Moskva bu addımı Rusiya-Ermənistan arasında ənənəvi müttəfiqlik münasibətlərinin pozulması kimi şərh edib. Səfirliyin şərhində vurğulanıb ki, respublika tənzimləyicisinin hökmü erməni dinləyicisinin öz seçdiyi mənbədən qeyd-şərtsiz məlumat almaq hüququna təsir edəcək: "Biz onu da müşahidə etdik ki, dost Ermənistanda Rusiya mediasının bir qolunun yayımının dayandırılması barədə qərar bu il dekabrın 14-dən cəmi bir həftə sonra verilib. Rusiya Federasiyasının Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi və Ermənistan Respublikasının Yüksək Texnologiyalar Sənayesi Nazirliyi vasitəsilə konstruktiv məsləhətləşmələr zamanı tərəflər yaranan bütün mübahisəli məsələlərin həllində sıx əməkdaşlıq haqqında razılığa gəliblər. Bu addım getdikcə daha çox Rusiya və Ermənistan arasında ənənəvi, qarşılıqlı faydalı və hörmətə əsaslanan müttəfiqlik münasibətlərinin pozulmasının tərəfdarı olanlara güzəşt kimi görünməyə bilməz”, - səfirliyin şərhində deyilir". Rusiyalı politoloq Sergey Markov da deyib ki, bu, Ermənistan rəhbərliyinin açıq-aşkar anti-Rusiya addımıdır: "Amma Rusiyadan sərt cavab olmayacaq. Çünki Paşinyan bununla Moskvanı sərt davranmağa təhrik edib, bu sərt cavabdan erməni əhalisi arasında kütləvi anti-Rusiya təbliğatı aparmaq üçün istifadə edə bilər. Bunun hesabına da Ermənistanda ictimai rəyi Rusiyapərəstlikdən anti-Rusiyaya çevirər. Bu zaman da bütün gücü ilə xəyanət bıçağını Rusiyanın kürəyinə sancıb, Ermənistanı ABŞ, Fransa, AB, NATO simasında Kremlin düşmənlərinə doğru apara bilər. Ona görə də Rusiyanın cavabı çox, çox yumşaq olacaq. Hansı ki bu halda daha uyğundur". Məlumdur ki, "Sputnik Ermənistan", ümumiyyətlə, "Sputnik" illər boyu açıq-aşkar erməniləri müdafiə edən media strukturu kimi tanınır. Məhz qərəzli fəaliyyətinə görə Azərbaycanda ciddi ictimai narazılığa, etiraza səbəb olmuşdu.
Tanınmış telejurnalist, professor Qulu Məhərrəmli "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistanda "Sputnik Ermənistan" radiosunun yayımının müvəqqəti dayandırılması İrəvan-Moskva arasında gərginləşən münasibətlərin daha bir təzahürüdür. Professor vurğulayıb ki, Ermənistanda ruspərəst qüvvələrin fəallaşması, informasiya baxımından təmin olunması və müəyyən mənada yönləndirilməsi göz qabağında olan hadisələrdir:

"Bundan öncə Rusiya televiziya kanallarının yayımının dayandırılması ilə bağlı da ciddi problem yaranmışdı. Son günlər Ermənistan-Rusiya gərginliyinin artması reallıqdır. Bunu heç cür danmaq olmaz. Düşünürəm ki, bundan sonra istər media qurumları sahəsində, istər başqa fəaliyyətlər sahəsində Rusiya ilə Ermənistan arasında daha kəskin hadisələr baş verəcək. Ermənistan Rusiya ilə əlaqələri məhdudlaşdıraraq Qərbə üz tutur. Bu istiqamətdə atılan bütün addımlar istər-istəməz Moskva-İrəvan əlaqələrində də öz təzahürlərini göstərir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçi: Rusiya və Çin İrana dəstək verir
22:13 05.03.2026
Dünya
Ərdoğan: İranın raket insidenti ilə bağlı lazımi xəbərdarlıq etdik
22:00 05.03.2026
Gündəm
Paşinyan TŞ-nin iclasını keçirdi
21:52 05.03.2026
Cənubi Qafqaz
Tramp: Zelenski Ukrayna üzrə sülh sazişinə maneə yaradır
21:41 05.03.2026
Dünya
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
21:25 05.03.2026
Rəsmi
Xameneinin oğlu lider seçilir - Trampdan inanılmaz reaksiya
20:50 05.03.2026
Dünya
Albaniyanın Baş naziri Naxçıvana hücumu pisləyib
20:42 05.03.2026
Siyasət
Fransa İran dronlarının Naxçıvan Hava Limanına hücumunu pisləyib
20:26 05.03.2026
Siyasət
Edqars Rinkeviçs İlham Əliyevə zəng edib
20:10 05.03.2026
Rəsmi
Sosial şəbəkə naminə həyatlarını riskə atırlar - EKSPERT
20:02 05.03.2026
Cəmiyyət
BƏƏ Prezidenti Azərbaycan liderinə zəng edib
19:58 05.03.2026
Rəsmi
Tokayev İranın Azərbaycana dron hücumlarını pisləyib
19:51 05.03.2026
Siyasət
Baş verən proseslər fonunda İran özü-özünü ifşa etdi - ŞƏRH
19:38 05.03.2026
Gündəm
Əraqçi Ceyhun Bayramova zəng edib
19:02 05.03.2026
Son dəqiqə