"Şuşa" qəzetinin 90 yaşı oldu
Yusif Nəzərli
08:48 26.10.2022
Media
955
"Gün gələr Şuşada yenə nəşrə başlayarıq"
Əslən Şuşadan olan həmkarımız Kəmalə Cahidqızı feysbuk səhifəsində “Şuşa” qəzetinin yubileyi ilə bağlı paylaşım edib. Təəssüf ki, kədərli paylaşımdır. “Şuşa”nın yubileyinin təntənəli şəkildə, paytaxtın və ya mədəniyyət paytaxtımızın hansısa təmtəraqlı salonlarından birində qeyd edildiyi xəbərinə də rast gəlmədik dünənki informasiyalar arasında. “Şuşa”lıları üzür bu biganəlik. Kəmalə xanım da elə bu biganəlikdən yazıb:
“Bəli, "Şuşa"mızın 90 yaşı oldu. "Şuşa" qəzeti təcrübəli, peşəkar jurnalistlərin mətbu orqanı idi. İmzası ölkə mediasında kifayət qədər tanınan jurnalistlər yetirdi. 1988-1992-ci illərdə ölkədə senzuranın tüğyan etdiyi bir zamanda Qarabağ həqiqətlərini ölkəyə, bəzən ölkədən kənara çatdırmaq üçün "Şuşa" qəzetinin əməkdaşları son günə - 1992-ci ilin 8 mayına qədər raket, top atəşləri altında işlədilər, fədakarcasına şəhəri tərk etmədilər. Əslində "ŞUŞA" 90 yaşı daha təntənəli şəkildə qeyd edilməyə layiq idi. Təəssüf, heç edilmədi... Heç bir tədbir keçirilmədi. Çox yerlərə çox müraciətlər etsəm də... "Şuşa" qəzetinin müharibə dövründəki fəaliyyətini əks etdirən yeganə layihəni – Şuşadakı faciələrin şahidi jurnalistlər danışır – layihəsini ərsəyə gətirən Ayaz Mirzəyevə, eləcə də Zəka Quliyevə, Zaur Hacıyevə dərin təşəkkürlər.... 16 dəqiqəlik film əslində çox mətləblərdən bəhs edir, vaxtı və həvəsi olanlar buyurub izləyə bilər...”
Kəmalə Cahidqızı qeyd edib ki, “Baku TV”də yayımlanan filmi “Şuşa” qəzetinin əməkdaşları yaradıcı qrupla birgə, öz təşəbbüsləriylə reallaşdırıblar. Film “Şuşa” qəzetinin 90 illiyinə qəzet əməkdaşlarının hədiyyəsidir. “Biz hər gün ölüb dirilirdik” deyən jurnalistlər şəhərdə baş vermiş hadisələri, blokadada olan şəhərin dirənişini, yerli özünümüdafiə batalyonu döyüşçülərinin igidliyindən danışırlar. “Şuşa ili”ndə “Şuşa” qəzetinin yubileyinin qeyd edilməməsi təəssüf doğurur. Amma yenə də “Şuşa” qəzeti Şuşa şəhərinin özü kimi məğrur qarşılayır, laqeydliyi. Şuşalı jurnalistlərin dediyi kimi “gün gələr Şuşada yenə nəşrə başlayarıq, yubileyimizi də bir qədər geciksə də, Şuşada qeyd edərik”. “Şuşa”mızın 90 yaşı mübarək olsun!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya