“TikTok” rəsmilərinin Azərbaycana maraq göstərməsi bizim üçün çox önəmlidir - Aqil Ələsgər
09:26 02.06.2023
Media
996
““TikTok” son illər sosial şəbəkə platformaları və mobil tətbiqlər arasında geniş populyarlıq qazanan vizual platformadır. Bu sosial platforma son zamanlar Azərbaycanın rəqəmsal bazarına ciddi maraq göstərir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər deyib.
“TikTok”un məsul nümayəndələri ilə görüşün Azərbaycan mətbuatı üçün vacib məsələlərdən olduğunu vurğulayan A. Ələsgər deyib ki, “TikTok” son illər ən çox müraciət olunan sosail platformalardan birinə çevrilib:
““TikTok” rəsmiləri də Azərbaycan jurnalistlərinin bu şəbəkədə daha aktiv fəaliyyət göstərməsi ilə bağlı fikir mübadiləsi apardılar. “Tiktok”dan daha səmərəli necə istifadə edilməlidir, keyfiyyətli kontentlərin hazırlanması üçün nə edilməlidir, canlı yayımlarla bağlı hansı addımlar atılmalıdırsa, bununla bağlı öz təcrübələrini tiktokerlə bölüşməyə hazır olduqlarını dedilər. Onlar bu platformanın ayrı-ayrı cəmiyyətlərə faydalı nəticələr verməsi istiqamətində təkmilləşdirmə işlərinin davamlı xarakter daşıdığını vurğuladılar. Azərbaycana səfərlərinin də bu baxımdan zəruri əməkdaşlıq təkliflərini dəyərləndirmək məqsədi daşıdığını önə çəkdilər.
Bütün dünyanın maraq dairəsində olan “TikTok” rəsmilərinin Azərbaycana maraq göstərməsi bizim üçün çox önəmlidir. “Tvitter”, “ Facebook”in müxtəlif ölkələrlə problemləri olur. Amma “TikTok”un Azərbaycana dost əlini uzatması və qarşılıqlı əməkdaşlıq etmək istəməsi sevindirici bir haldır. Bu platformanın Azərbaycan seqmentinin daha da təkmilləşdirilməsi və orada yerləşdirilən yerli məzmunun keyfiyyətinin və faydalılığının artırılması məqsədilə qarşılıqlı sıx əməkdaşlığın həyata keçirilməsi önəmlidir”.
Qeyd edək ki, “TikTok” platformasının Şərqi Avropa regionunda dövlət qurumları ilə iş üzrə direktoru Sergey Sokolov, dövlət qurumları ilə iş üzrə meneceri Dmitri Pylev, platforma üzərindəki canlı yayımların Orta Asiya və Şərqi Avropa üzrə direktoru Veqa Sonq, həmçinin, “TikTok”un Azərbaycan üzrə əlaqələndiricisi Emin Axundov Mətbuat Şurasında olub. MŞ İdarə Heyətinin üzvləri Yadigar Məmmədlinin,
Aqil Ələsgərin və Şuranın Katibliyinin əməkdaşlarının qatıldıqları görüşdə qonaqlar “TikTok”un Azərbaycan seqmentindəki istifadəçilərin sayının artan xətt üzrə getdiyini bildiriblər.
Onlar bu platformanın ayrı-ayrı cəmiyyətlərə faydalı nəticələr verməsi istiqamətində təkmilləşdirmə işlərinin davamlı xarakter daşıdığını vurğulayıblar. Azərbaycana səfərlərinin də bu baxımdan zəruri əməkdaşlıq təkliflərini dəyərləndirmək məqsədi daşıdığını önə çəkiblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm