Yalan, saxta xəbərlər virus kimi yayılır
08:10 15.09.2022
Media
629
Hacıbəy Heydərli: "Dövlət qurumları da sosial şəbəkələrin sürətinə çatmalı və orada yayılan xəbərlərə anında reaksiya verməlidir"
"Həssas mövzularda informasiya ilə düzgün işləmək ən vacib amillərdəndir". Bu sözləri "Şərq"ə açıqlamasında "Azxeber.com"un baş redaktoru Hacıbəy Heydərli deyib. Baş redaktor bildirib ki, yalan informasiyalar, saxta xəbərlər, sosial şəbəkələrlə virus kimi yayılır və sonradan onun qarşısını almaq mümkün olmur: "Bu kimi halların olmaması üçün operativlik ən vacib şərtdir.
Ancaq bəzən də olur ki, hansısa məlumatı dəqiqləşdirmək vaxt alır və ya gec yayımlanmasının xüsusi səbəbləri olur. Belə olan halda cəmiyyət sosial şəbəkələrə üz tutur və oradakı informasiyaları qəbul edir, onlara inanmağa başlayır. Qeyd edim ki, Azərbaycan mediası 44 günlük Vətən müharibəsindən alnıaçıq, üzüağ çıxan mediadır. Həmin günlərdə sosial şəbəkələrdə yayımlanan, paylaşılan saxta xəbərlərin, dezinformasiyaların qarşısını məhz peşəkar jurnalistlər aldı. Cəmiyyətimiz də dolğun və düzgün informasiya mənbəyi kimi yalnız televiziyaları, agentlikləri və xəbər saytlarını gördü. Bu işdə ən vacib amil isə dövlət qurumları ilə medianın koordinasiyalı şəkildə fəaliyyəti idi. İstər Müdafiə Nazirliyi, istər Xarici İşlər Nazirliyi, istərsə də digər qurumlar çox operativ şəkildə xəbərləri mediaya verirdi. Bu məsələdə isə ən çox qazanan cəmiyyətimiz oldu".
Jurnalist vurğulayıb ki, bu kimi halların qarşısını almaq üçün insanlarımız özləri üçün güvənilmiş xəbər mənbələrini müəyyənləşdirməlidir:
"İnsanlar hansı xəbər agentliyinə, saytına etimad göstərdiklərini bilməlidirlər. Dövlət qurumları da sosial şəbəkələrin sürətinə çatmalı və orada yayılan xəbərlərə anında reaksiya verməlidir. Media isə hər ikisi arasında körpü rolunu oynamalıdır. Yəni sosial mediada gördüyü xəbəri rəsmi qurumlarla dəqiqləşdirməli və sonra yayımlamalıdır. Bu məsələnin həlli yolu yalnız cəmiyyətin maariflənməsi və feyk xəbər yayan, dezinformasiya paylaşan insanlara qarşı ictimai qınağın formalaşmasıdır. Elə adamlar var ki, yalnız reytinq, "like" xatirinə pafos dolu yalan xəbərlər yayır və sosial şəbəkələrdə özünü cəzasızlıq mühitində hiss edir. Mediada isə bunlar yolverilməzdir və qanunla tənzimlənir. Hər halda gecikən informasiyadan yalnız Azərbaycan mətbuatı itirir, qazanan isə sosial şəbəkələrdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət