Lavrovun Trampa cavabı: Kreml ondan da ümüdlü deyil

Donald Trampın ABŞ prezidenti seçilməsi çətin ki, Vaşinqtonun Ukrayna ilə bağlı siyasətini dəyişsin”.
 Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “CBS news” telekanalına müsahibəsində deyib.
“Hər hansı fərq olacağını düşünmürəm, çünki Rusiya-ABŞ münasibətlərində sabitlik, qarşılıqlı etimad, şəffaflığa dair bütün əsaslı razılaşmalar ciddi şəkildə pozulub. Bu əlaqələr keçmiş ABŞ prezidenti kiçik Corc Buşun dövründə qırılmağa başladı.
ABŞ qitələrarası ballistik raketlərlə bağlı sazişdən çıxaraq bu münasibətləri pozdu. Vladimir Putinin xoş niyyətinə məhəl qoymayanlar proseslərin gedişatını hesablamalı və düşünməlidirlər”, – Lavrov bildirib.

Donald Trampın Prezident seçiləcəyi təqdirdi Rusiya-Ukrayna müharibəsinə təsiri barədə "Sherg.az ın sualını cavablandıran "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Sergey Lavrov bu məsələdə haqlıdır:
 "Əlbəttə, Amerikada  prezidentlər müstəqil qərarlar qəbul edə bilirlər, amma ölkələrinin təhlükəsizlik və milli maraqlarını mütləq şəkildə nəzərə almalıdırlar. Amerikada xarici siyasətə tək ölkə başçısı qərar vermir. Amerika Dövlət Departamenti, Mərkəzi Kəşfiyyat İdarəsi, Konqres siyasi qərarların alınmasında iştirak edən tərəflərdəndir".
Ekspert  Prezdentliyə namizəd Donald Trampın seçiləcəyi təqdirdə Rusiya Ukrayna müharibəsinə son qoyacağını iddia etdiyini, lakin bunun mexanizmlərini izah edə bilmədiyini bildirib:
"Rusiya Ukrayna ərazisini tərk etmədikcə, rəsmi Kiyev müharibəni dayandırmayacaq. Tramp Ukraynaya müharibəni sonlandırması barədə əmr verə bilməz. Çünki ərazisi işğal altındadır. Trampın edə biləcəyi Ukraynaya olunan yardımı kəsməkdir ki, bunun da olacağını düşünmürəm".