Almaz Orucova: "Səhnəyə palatka repertuarı gətiriblər, adam xəcalət çəkir" - MÜSAHİBƏ
İsmayıl Qocayev
12:52 29.02.2020
Müsahibə
4267
«Şərq»in budəfəki şənbə qonağı Əməkdar artist Almaz Orucovadır. Onunla bugünkü səhnədəki vəziyyətdən danışdıq. Xanəndə maraqlı açıqlamalar verdi.
- Səhnə toyla müqayisə oluna bilərmi?
- Səhnə mənim üçün müqəddəs məkandı. Mən ailədə də elə bir tərbiyə almışam ki, tərbiyəm səhnəyə də yansıyıb. Səhnə ifaçıdan böyük mədəniyyət, estetika, intellekt tələb edir. Hər bir sahədə peşə etikasının olması vacibdi. Səhnə həm də daha böyük bir məkandı deyə bu məsuliyyət ikiqat çox olmalıdır. Səhnədən təbliğat vasitəsi olaraq istifadə etmək lazımdı. Vətənə sevgini, millətə sədaqətini səhnədə çatdırmaq sənətçinin borcudur. Qaldı bugünkü səhnənin görünüşünə, o barədə danışmağa xəcalət çəkirik. Çünki səhnəyə toyu gətiriblər. Səhnə ancaq şoudan ibarət deyil axı. Demirəm ki, şou olmasın. Amma bu qədər ifrat dərəcədə bayağılıq doğru deyil.
- Oxunan mahnılar, müğənnnilərin repertuarında yer alan bəsit parçalar...
- Həqiqətən səhnəyə palatka repertuarı gətiriblər. Mən demirəm toy oxumaq ayıbdı. Qətiyyən. Mən də toylara dəvət alıram. Sadəcə toya da dəvət olunanda yenə repertuarımı düzgün təqdim edirəm.
- Siz xanəndəsiz. Niyə xanəndələr bu qədər güclü sənətə sahib olsalar da, sosial şəbəkələr izləyici qıtlıbı yaşayırlar?
- Mən deməzdim ki, bizim izləyicilərimiz azdı. Bizi sevənlər çoxdu. Sadəcə əsl sənətçilər gündəmdə olan, toy bazarında at oynadanlar kimi youtub üzərindən yalançı izləyici toplamırlar. «Layk»ları pulla almır ciddi sənətçilər. Guya, onların real izləyiciləri milyonlardı? Yox, sadəcə pul verib «fan» alırlar. Bu ki sirr deyil. Mənim musiqi savadım onlarda varmı? Hansı sənətdən danışırlar?
- Hərdən səhnədə olduğunuz üçün utanırsız ki, onlara da, sizə də sənətçi deyilir?
- Əlbəttə, adam bəzən xəcalət çəkir. Məni də səhnədə olan xanəndə kimi o verilişə dəvət edirlər, o sıradan toy müğənnisini də. Bir də soyunmaqla, çılpaqlıqla gündəmə gəlmək sənət göstəricisi deyil. Bu gün sənət adını çəkəndə heyifsilənirsən. Sənət qalıb ki? Bu da bizi çox yorur. Bu günlərdə Nuriyyə xanım Hüseynova ilə də bugünkü səhnədən danışdıq. İkimiz də dedik ki, biz yorulmuşuq. Bu günün səhnəsi çox eybəcər görünür. Axı Azərbaycan səhnəsi belə görünməməlidir. Muğam kimi sərvəti olan millətin mədəniyyəti belə gündə olmamalı idi.
- Hər ifaçı ilə verilişə çıxırsız, ya özünüzə qadağalarınız var?
- Var. Efirlərə qadağa qoymaq ixtiyarımız yoxdu, özümüzə ki qadağa qoya bilirik. Təbii ki, hər ifaçı ilə verilişlərə çıxmıram. Əgər mənim babımdırsa, sənət baxımından özümə yaxın müğənnidirsə, çıxıram. Amma səhnəyə çirkinlik gətirənlərlə bir verilişə çıxa bilmərəm. Bunu özümə qadağan edirəm. Sənətimə ayıb olar, təhsilimə hörmətsizlik etmiş olaram. Verilişə dəvət alanda qonaqların kimliyini soruşuram. Ruhum orda niyə iflic olmalıdır? Əgər qonaq mənə yad biridirsə, getmirəm. Toylara gedəndə məcbursan gedib oxuyasan. Toya gedəndə orda kimin toy aparması mənim üçün maraqlı deyil. Yarım saat gedib toyumu oxuyuram, bitdi. Amma səhnədə, efirdə kiminlə səhnəni paylaşacağıma diqqət yetirirəm.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
12:29 13.08.2026
Region
“Qarabağ”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək
11:57 13.08.2026
Futbol
Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
11:15 13.08.2026
Sosial
Ötən ay 93 nəfər Azərbaycana readmissiya edilib
10:57 13.08.2026
Gündəm