Amerikalı politoloq: "Erməni təxribatları sülhə əngəl yaradır" - Eskalasiya...!
Yusif Nəzərli
07:39 01.04.2023
Müsahibə
4936
Dünyanın hazırkı mərhələsini "qaynar qazan"la müqayisə etsək, yəqin ki, yanılmarıq. Sanki kimsə pultu əlində hazır saxlayıb. Və düyməyə bassa, hər şey yenilənəcək. Ayrı - ayrı regionlarda baş verən hadisələr, o cümlədən provokasiyalar, işğalçılıq siyasətləri və təhdid dolu bəyanatlar belə düşünməyə əsas verir.
Regionumuzda və dünyada baş verən son proseslərlə bağlı ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı, politoloq Paul Qoblla söhbətləşdik.
-Ermənilər son günlər yenidən təxribatlara əl atırlar. Sizcə, davam edən təxribatların nəticəsi necə olacaq?
-Əlbəttə, təxribatlar sülh perspektivinə əngəl yaradır. Tezliklə Cənubi Qafqazda gərginliyin artması mümkündür. Bu isə o deməkdir ki, eskalasiya ehtimalı da var. Hazırkı şəraitdə bunu heç vaxt istisna edə bilmərik.
-Laçına gedən yolda qanuni və dinc aksiya ilə bağlı fikirləriniz bizim üçün maraqlıdır. Ermənilər iddia edirlər ki, biz Laçına gedən yolu bağlamışıq. Əgər belədirsə, necə olur ki, Xankəndinə silah aparmağa çalışırlar?
-Bu məsələni hərə bir cür qiymətləndirə bilər. Əsas məsələ ondan ibarətdir ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərə zidd olaraq, kommunikasiya xətlərinin açılmasına mane olur. Laçın yolundakı aksiyalara qarşı çıxanlar bu öhdəliyin icra edilməsini təmin etməlidirlər. Əlbəttə, silahların daşınmasına dair məlumatlar dəqiqdirsə, burada rus sülhməramlılarının da rolu var.
- Bildiyiniz kimi, Qarabağ erməniləri ilə Xocalıda görüş keçirildi. Bundan sonra onlar iki dəfə Bakıya dəvət olundular. Amma hələ ki, təklifimizə müsbət cavab verilməyib. Qarabağ ermənilərinin bu mövqeyini necə izah edərsiz?
- Qarabağ erməniləri hələ Azərbaycana tam inanmırlar. Onlar digər vətəndaşlar üçün nəzərdə tutulmuş hüquq və vəzifələrdən yararlana biləcəklərinə şübhə edirlər. Fikrimcə, ermənilərin reinteqrasiyası ilə bağlı əsas bariyer budur. Azərbaycanın səyləri, o cümlədən humanist addımları isə, şübhəsiz ki, davam etməlidir. Rəsmi Bakıya Qarabağ ermənilərinə onların yanlış düşündüyünü və səhv yolda olduğunu göstərməlidir.
-İran Ermənistanı dəstəkləməklə yanaşı, Azərbaycanla da diktə dilində danışmağa çalışır. Bu dövlətin Cənubi Qafqazda maraqları nədən ibarətdir? İrandakı aksiyalar nə ilə nəticələnəcək? Rejim dəyişikliyi gözlənilirmi?
-İran Rusiyanın zəifləməsindən istifadə edib Cənubi Qafqazdakı təsirini gücləndirmək istəyir. İranın aqressiv davranışları da bu konteksdən qiymətləndirilməlidir.
-Rusiya ilə Ukrayna arasında müharibə bir ildən çoxdur davam edir. Döyüş meydanındakı vəziyyəti necə qiymətləndirirsiniz?
-Ukrayna gözlənildiyindən daha güclü iradə ortaya qoydu. Lakin müharibə hələ bitməyib. Etiraf etmək lazımdır ki, Rusiyanın imkanları da hələ tükənməyib. Qərb Ukraynanı tam dəstəkləyərsə, bu dövlət uduzmayacaq. Amma Rusiyanın nələr tələb edəcəyi hələ bəlli deyil. Sülh isə yaxın gələcək üçün gözlənilmir.
-Rusiya prezidenti Vladimir Putin bir neçə dəfə nüvə silahından istifadə oluna biləcəyini deyib. Sizcə, bu mümkündürmü?
-Bəlkə də, Putin gələcəkdə bu barədə əmr verə bilər. Yəni, bu, mümkündür. Lakin icraçıların Kreml rəhbərinin bu əmrini yerinə yetirəcəklərinə ciddi şübhələrim var. Kremldəki fikir ayrılıqları onsuz da aydın hiss olunur. Sözsüz ki, Ukraynadakı müharibənin nəticələrinin qlobal əhəmiyyətli təsirləri olacaq. Savaş, həmçinin Cənubi Qafqazdakı duruma da təsir edəcək.
- Bu günlərdə Rusiya Prezidenti Vladimir Putin Belarusda nüvə - taktiki silahının yerləşdiriləcəyini elan etdi. Necə düşünürsünüz, bu qərar nüvə eskakasiya riskini daha da artırmır?
- Putin Çin lideri Si Cinpinlə uğursuz görüşündən sonra bu qərarı verdi. Yəqin, o, göstərmək istəyir ki, hələ də gücü var və nələrsə edə bilər. Amma dediyim kimi, hətta əmr verilsə belə, nüvə silahının tətbiqinə dair şübhələrim var.
Söhbətləşdi: Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region
Şamaxıda yol qəzasında 4 nəfər xəsarət alıb
19:20 27.04.2026
Hadisə