Effektiv təklif: “AMEA ləğv edilsin, alimlər universitetlərə cəlb olunsun!” - MÜSAHİBƏ
Banuçiçək Kalbalıyeva
17:32 11.09.2020
Müsahibə
2780
“Bu, təhsil və elmin birlikdə idarə olunması deməkdir”
“Beləliklə, həm idarəetmə xərcləri azalacaq, həm də təhsilin keyfiyyəti artacaq”
“Eyni zamanda özəl universitetlərdə rəqabət yaradılmalıdır”
Son vaxtlar ən çox müzakirə edilən məsələlərdən biri təhsil haqqlarının aşağı salınmasıdır. Bunu deyənlər öz fikirlərini dərslərin onlayn qaydada davam etməsi əlaqələndirirlər. Bəlkə də, məntiqlidir. Amma hələ ki, bu barədə qərar verilməyib. Deməli, belə bir şəraitdə səslənən iddiaların nə qədər məntiqli olması ilə əlaqədər mütəxəssis rəyinə ehtiyac var. Odur ki, “Sherg.az” olaraq iqtisadçı-ekspert Nazim Bəydəmirli ilə söhbətləşdik:
- Məsələyə sizin münasibətiniz necədir?
- Birmənalı deyirəm ki, təhsil haqqında tariflər Azərbaycan vətəndaşının iqtisadi vəziyyətinə uyğun deyil. Üstəgəl, kitabxana, yemək kimi əlavə xərclər də var. Bizi ən çox düşündürən məqam isə dövlət universitetlərində də ödənişli yerlərin üstünlük təşkil etməsidir. Xarici ölkələrin dövlət universitetlərində təhsil ödənişsizdir. Amma problem bununla da kifayətlənmir.
- Başqa hansı məqamlar var?
- Təəssüf ki, dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla olan yerlərin sayı getdikcə artırılır. Və bu tendensiyanın fonunda dövlət sifarişli yerlərin sayı azalır. İndi təxminən 80 faiz yer məhz ödənişli əsaslarladır.
- Bəs təklifiniz nədir?
- Düşünürəm ki, AMEA ləğv edilməli və onun tərkibindəki institutlar müvafiq ali məktəblərə birləşdirilməlidir. Elmlə məşğul olan alimlər universitetlərə cəlb edilməlidirlər. Bu, təhsil və elmin birlikdə idarə olunması deməkdir. Beləliklə, həm idarəetmə xərcləri azalacaq, həm də təhsilin keyfiyyəti artacaq. Eyni zamanda özəl universitetlərdə rəqabət yaradılmalıdır.
- Hansı yolla?
- Qəbul ballarını aşağı salmaq yox, artırmaq lazımdır. Həm də dövlət sifarişli yerlərin sayını çoxaltmaqda fayda var.
- “Təhsil kreditləri” haqqında Qanun layihəsini necə qiymətləndirirsiniz?
- Bir sıra ölkələrdə belə Qanun var. Məsələ ondan ibarətdir ki, tələbə oxuyub, yaxşı işlə təmin olunduqdan sonra həmin kreditləri ödəməyə başlayır. Bu, konkret desək, özü-özünü maliyyələşdirməkdir. Amma bizim ölkədə belə layihə mümkün deyil.
- Niyə?
- Çünki kreditlərin ümumi faizi yüksəkdir. Həm də Azərbaycan kimi pul baha ölkələrdə belə qanun layihələrindən danışmaq yersizdir. Odur ki, Azərbaycan bu məsələdə çox illər itirib.
- Vəziyyəti düzəltmək naminə nə etməliyik?
- Şəffaflaşdırmaq vacibdir. Ölkəmizdə rektorlar bir müddətdən sonra oliqarxlara çevrilirlər. Bunun qarşısını almaqdan ötrü müəllim-tələbə kollektivi rektorantlığın fəaliyyətinə nəzarət etməli, bir növ müşahidəçi rolunu oynamalıdır. Rektorlar alternativ yolla seçilməlidirlər. Təəssüf ki, onların bir çoxu özlərini ali məktəbin sahibi kimi aparırlar. Bu da təhsilin idarəedilməsinə mənfi təsir göstərir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol
Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
14:34 08.08.2026
Dünya
Lukaku karyerasını Türkiyədə davam etdirə bilər
14:03 08.08.2026
Futbol
Xameneini devirməyə çağıran din adamına cinayət işi açıldı - FOTO
12:59 08.08.2026
Gündəm
Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
12:38 08.08.2026
Gündəm
Sabah 40 dərəcə isti olacaq
12:19 08.08.2026
Ekologiya
Zelenski: Putindən başqa hamı bunu istəyir
12:11 08.08.2026
Gündəm
Dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb
11:57 08.08.2026
Hadisə
Ukrayna Qara dənizdə bəzi tankerlərə hücum etməməyə razılaşıb
11:42 08.08.2026
Dünya