Mahmud Abbas Fələstin Konstitusiyasının hazırlanması ilə bağlı göstəriş verdi

Fələstin Prezidenti Mahmud Abbas üç ay ərzində milli Konstitusiyanın ilk layihəsinin hazırlanmasına göstəriş verib.
Teleqraf xəbər verir ki, bu barədə onun xüsusi nümayəndəsi və keçmiş baş nazir (2019-2024) Məhəmməd Ştayye bildirib.
“Mən həm də Konstitusiya layihəsini hazırlayan komitənin üzvüyəm. Prezident Fələstin konstitusiyasının ilk layihəsini tamamlamaq üçün bizə üç ay vaxt verib. Fələstin Muxtariyyətini Fələstin Dövlətinə çevirəcəyik”, - o qeyd edib.