
Azərbaycan xalqının XVIII əsr faciəsi: Çar Rusiyasının Xanlıqlara qarşı xain siyasəti gerçəkləri ortaya qoyur
13:57 25.07.2025
Tarix
1742
Faiq Ələkbərli: Rusiya tarix boyu türk-müsəlman dövlətlərini zəiflətməyə çalışıb
Keçən əsrlərdə Azərbaycan çox çətin və ağır bir dövr yaşayır. Bölgədə sabitlik pozulur, güclü dövlətlər süqut edir, yerlərində kiçik xanlıqlar yaranır. Azərbaycanın vahid dövlətdən kiçik parçalara bölünməsi torpaqların müdafiəsini zəiflədirdi. Çar Rusiyasının bölgəyə maraq göstərməsi vəziyyəti daha da ağırlaşdırırdı. Bəzi xanlıqlar döyüş yolu ilə, bəziləri isə danışıqlar apararaq müqavimət göstərməyə çalışsalar da nəticə dəyişmədi. Nəhayətində bu xanlıqlar Çar Rusiyasının işğalları ilə üzləşdilər. O dövrün hadisələri bizə göstərir ki, böyük güclərə güvənmək olmaz. Tarixdən nəticə çıxarmaq və hər zaman ayıq olmaq hər zaman vacibdir.
Mövzu ilə bağlı AMEA Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, dosent Faiq Ələkbərli Sherg.az-a danışıb:

"XVIII əsrdə Azərbaycan xalqının çox faciəli tarixlərindən biri yaşanıb. Səfəvilərin ardınca Əfşarlar dövləti tarix səhnəsindən silindi. Çar Rusiyası bu iki dövlətin qalıqları üzərində mövcud olan xanlıqları ya hərb, ya da siyasi yolla işğal etməyə başladı. Hətta elə xanlıqlar var idi ki, daha çox siyasi yolla bu məsələləri həll etmək, Çar Rusiyasının işğalına qarşı müəyyən müqavimət göstərmək istəyirdi. Ancaq heç bir nəticə vermədi. İşğala qarşı Gəncə xanı Cavad xan daha sərt addım atdı, döyüşdü, oğlu ilə birgə şəhid oldu. Eləcə də Quba xanlarından Şeyxəli xan çox ciddi müqavimət göstərdi və bu yolda şəhid oldu. Qubanın Şeyxəli xandan əvvəlki xanı Fətəli xan siyasi yolla danışıqlar aparır və xanlıqların ömrünü uzatmağa çalışırdı. Eyni zamanda Qarabağ xanı İbrahim Xəlil xan eyni addımı atırdı. Ancaq bütün bunlara baxmayaraq Çar Rusiyası hərbi müqavimət göstərənlər bu yolda şəhid oldular. Siyasi yolla müqavimət göstərənlər isə 1805-ci ildə sülh müqaviləsi bağlasalar belə heç bir nəticə vermədi. Baxmayaraq ki, İbrahim Xəlil xan Çar Rusiyasına çox inanırdı, lakin onu və ailəsini Çar Rusiyasının zabiti Lisaneviç qətlə yetirdi".
Dosent Çar Rusiyasının Azərbaycan xanlıqlarını aradan qaldırılaraq yerlərinə hayları köçürməsinə diqqət çəkib:
"Hayların bura köçürülməsi, Çar Rusiyasına dost münasibəti bəsləyənlərin belə xaincəsinə öldürülməsi bütün gerçəkləri ortaya qoyur. Bunun nəticəsi olaraq Cavad və Şeyxəli xanın yolunu davam etdirən Bakı xanı Hüseynqulu xanın yaxın qohumu İbrahim xan Pavel Sisiyanovu Bakı qalasının yanında öldürdü. Çar Rusiyasına güvən, etibar yox idi. 1828-ci il Türkmənçay müqaviləsindən sonra Erməni vilayəti yaratdılar. Lakin bu da çox uzun ömürlü olmadı".
Müsahibimiz Çar Rusiyasının, onun varisləri olan Sovet Rusiyasının və indiki Rusiya Federasiyasının siyasətinin demək olar ki, eynilik daşıdığını söyləyib:
"Bütövlükdə onlar türk-müsəlman xalq və dövlətlərinə, onların liderlərinə münasibətdə əks mövqe ortaya qoyaraq, zaman-zaman çox ciddi zərbələr vurmağa başlayıblar. Ona görə də biz hər zaman Rusiyaya münasibətdə diqqətli olmalı, mübarizə ilə öz işimizi həll etməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya