Göy üzü yarışı: Dünyanın ən hündür binası taxtını itirir
12:06 05.09.2025
Dünya
352
Dubayın simvolu olan "Burc Xəlifə" dünyanın ən hündür binası titulunu itirmək üzrədir. Səudiyyə Ərəbistanı və BƏƏ-nin yeni göydələn layihələri bu yarışda sərhədləri yenidən müəyyənləşdirir.
Sherg.az xəbər verir ki, 2010-cu ildən bəri Dubayın simvoluna çevrilmiş 828 metr hündürlüyündəki Burc Xəlifə taxtını təhvil verməyə hazırlaşır. Onu geridə qoymağa namizəd yalnız Birləşmiş Ərəb Əmirliklərinin yeni layihələri deyil, qonşu və regional rəqib Səudiyyə Ərəbistanı da iki nəhəng qüllə ilə yarışa qoşulub.
Səudiyyə Ərəbistanı və BƏƏ qlobal memarlıqda səs-küy yaradacaq layihələrlə həm nüfuz, həm də diqqət qazanmaq istəyir. Məqsəd - neft iqtisadiyyatından uzaqlaşmaq, beynəlxalq sərmayələri cəlb etmək, turizmi artırmaq və regionu innovasiya mərkəzi kimi möhkəmləndirməkdir.
Rise Tower (Riyad): Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) tərəfindən inşa ediləcək və 5 milyard dollara başa gələcək bu qüllə 2 kilometr hündürlüyə çatacaq. Beləliklə, həm "Burc Xəlifə"ni, həm də tikintisi davam edən "Ciddə" qülləsini geridə qoyacaq.
"Ciddə" qülləsi (Burj Jeddah): Hündürlüyünün 1000 metrdən artıq olması gözlənilir və tikinti sürətlənib.
Burj Azizi (Dubai): 725 metr hündürlüyündə nəzərdə tutulan bu qüllə "Burc Xəlifə"dən alçaq olacaq. Lakin Gulf News layihənin təxminən 1000 metrə qədər yüksələ biləcəyini iddia edir.
Regiondakı göydələn layihələri arasında iki "Tramp Tower" də var - biri Ciddədə, digəri Dubayda.
Səudiyyə Ərəbistanındakı layihələr dövlət dəstəyi ilə həyata keçirilən meqa-investisiyalar kimi önə çıxırsa, Dubaydakı göydələnlər əsasən özəl sektor təşəbbüslərinə əsaslanır.
Rəqabət yalnız hündürlük üzərində deyil. Ağıllı şəhərlər, süni intellekt əsaslı infrastruktur və qabaqcıl şəhərsalma layihələri də bu yarışın mühüm istiqamətlərindəndir. Bu təşəbbüslər Körfəzin “gələcəyin texnoloji mərkəzlərindən biri” olma iddiasını gücləndirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm
İsrail ordusu “İslam Cihadı”nın komandirini öldürüb
20:48 09.07.2026
Dünya
Kats: İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır
20:36 09.07.2026
Dünya
Dağıstanda fəlakət: Fövqəladə vəziyyət elan edildi
20:24 09.07.2026
Dünya
Müdafiə sənayesi naziri Səlcuq Bayraktarla görüşüb
20:12 09.07.2026
Siyasət
Mərakeş millisi Fransaya qarşı oyuna ciddi itki ilə çıxacaq
20:00 09.07.2026
Futbol
ABŞ yekun sülh sazişinə ev sahibliyi edə bilər - GÜNDƏM
19:48 09.07.2026
Gündəm
Əraqçi: ABŞ-nin yeni hərbi avantüralarının nəticələri olacaq
19:37 09.07.2026
Region
"Qarabağ" "Vestri"yə qarşı: Start heyətlər açıqlandı
19:28 09.07.2026
Futbol