Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə“Rezonans”Gənclərin İctimai Birliyinin həyat keçirdiyi “Gənclərin inklüziv şəhər təşəbbüsləri” layihəsinin çərçivəsində fəaliyyət davam edir.
12 iyun 2026-cı il tarixlərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə«“Rezonans” Gənclərin İctimai Birliyinin həyatakeçirdiyi “Gənclərin inklüziv şəhər təşəbbüsləri” layihəsinin fəaliyyət planı çərçivəsində ölkənin regionunda maarifləndirmə və məlumatlandırma tədbirləri keçirilmişdir,

Biləsuvar şəhərində keçirlən və üç gün davam edən tədbirlərdə iştirakçılara müəyyən bilik və bacarıqlar öyrədilməsi məqsədi ilə bir neçə mövzuda təlimlər keçrilmişdir. Tədbirlərin maderotu“Rezonans” Gənclərin İctimai Birliyinin sədri Togrul Abbasbəyli idi. Ekspertlər “Cəmiyyətin İnkişafı Mərkəzi” İB-nin sədri Əhməd N. Abbasbəyli, “Biosfer” İB-nin sədri Qorxmaz İbrahimli «WUF-13:Bakı və inklüziv imkanlar: qaunuvericliyin tələbləri və reallıq», “Şəhərsalma və ətraf mühit. Ekolojii problemlər", “WUF-13:nəticələr və perspektivlər” və s. mövzularında məruzə edərək, ətraflı məlumat verdilər. İştirakçıların çoxsaylı sualları cavablandırıldı və mövzular ətrafında müzakirələr aparıldı. Tədbirin yekununda “Rezonans” GİB-nin icraçı direktoru Məhəmmədəli Mərdanovlayihəyə və tədbirə göstərdikləri maraq və diqqətə görə iştirakçılara təşəkkürünü bildirdi.

Tədbir iştirakçılarına layihə çərçivəsində çap edilmiş çoxlusayda bukletlər paylanmışdır. Bu bukletlər əsasən əhali arasında paylanmaq üçün nəzərdə tutulub.