Hesablama Palatası Ekologiya və Təbii Sərvətlər Nazirliyində nöqsanlar aşkarlayıb
11:10 24.01.2025
Ölkə
396
Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.
Bu barədə "APA-Economics"ə Palatadan bildirilib.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən Kollegiya iclasında Azərbaycan Respublikası Milli Məclisinin komitə sədri Sadiq Qurbanov, Milli Məclisin üzvləri Tahir Mirkişili, Vüqar Rəhimzadə, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov və nazirliyin digər məsul şəxsləri iştirak ediblər.
İclasda “Təhlükəsiz tullantıların idarə olunmasının səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə edilib.
Qeyd olunub ki, audit Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və tabeliyində fəaliyyət göstərən qurumların, eləcə də “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin və Bakı şəhər İcra Hakimiyyətinin, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax və Şirvan şəhər icra hakimiyyətlərinin, eyni zamanda, Abşeron, Ağcabədi, Bərdə və Beyləqan rayon icra hakimiyyətlərinin strukturunda olan müvafiq tabeli qurumlarının aidiyyəti (auditin predmetinə aid olan) fəaliyyəti əhatə olunmaqla aparılmışdır.
Bildirilib ki, abonent bazasının tam yaradılmaması, xidmət haqları üzrə böyük potensialın reallaşdırılmaması, əhali istehlakçı qrupu üzrə rəsmiləşən dövriyyələrdə nağd əməliyyatlara üstünlük verilməsi, regional poliqonlarda bəzi hallarda sanitar-epidemioloji və ekoloji normaların gözlənilməməsi, sahə üzrə mütərəqqi üsulların genişləndirilməməsi, tarifləşmənin iqtisadi əsaslarının texnoloji tərəflərlə uzlaşmaması, strateji və əməliyyat planlaşdırılmasının əhəmiyyətli indikatorlar üzrə institusional quruluşdakı strukturları tam əhatə etməməsi, mövcud hədəflərə isə tam nail olunmaması, maliyyə hesabatlılığına və dövlət satınalmaları prosedurlarına dair şəffaflığı səciyyələndirən meyarlara tam əməl edilməməsi, statistik hesabatlılıqda uyğunsuzluqlara yol verilməsi, icazə verilməyən ünvanlarda yaranmış tullantı sahələrinin aradan qaldırılmasına nail olunmaması, dövlət büdcəsinin vəsaitlərindən asılılığın tədricən aradan qaldırılmaması və s. təhlükəsiz tullantıların idarə olunması prosesi üzrə fəaliyyətin səmərəli və nəticəli təşkil edilmədiyini göstərmişdir.
Sonra Ekologiya və Təbii Sərvətlər nazirinin müavini auditin nəticələrinin bu sahədə fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edəcəyini, nazirliyin səlahiyyətlərinə aid edilən məsələlər üzrə Hesablama Palatasının təklif və tövsiyələrinin nəzərə alınacağını qeyd edib.
Müzakirələr zamanı Milli Məclisin deputatları tərəfindən bəzi məsələlərə dair bir sıra fikirlər irəli sürülüb, təkliflər səsləndirilib.
Müzakirələrin nəticəsində auditor hesabatının təsdiq olunmasına, aşkar edilmiş nöqsanların audit olunan qurumlar tərəfindən aradan qaldırılması məqsədilə zəruri işlərin görülməsinə dair qərar qəbul olunub.
Sonda gündəlikdə dayanan digər məsələlərə baxılıb.
Xəbər lenti
Hamısına bax
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət