Masallı rayonu Respubilkamızda flora və faunasının zənginliyinə görə məhşur olan bölgələrdəndir. Füsnükar təbiəti, qonaqpərvər insanları ilə məşhur olan bu bölgə talış -sıra dağlarının ətəyində qərar tutub. Turizm potensialına malik olan Masallı meşələri əsrlər boyu bura gələn hərkəsi valeh edib “Mühit” Ekoloji-Mühafizə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Meşə yanğınları ilə mübarizə sahəsində maarifləndirmə” layihəsi üzrə iyun ayının 16-da Masallı rayonunun Qəriblər kəndində ilk tədbirini keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə çıxış edən birliyin sədri Əzizağa Hünbətəliyev qeyd etdiki əvvəllər tez-tez baş verən meşə yanğınları flora və faunaya ciddi zərər vururdu. Son illər aparılan maarifləndirici tədbirlər meşələrimizdə yanğınların nəzərəcarpacaq dərəcədə azalmasına səbəb olub. O qeyd edib ki, dövlət qurumları ilə əhali nin koordinasiya nəticəsində bu problemin qarşısı demək olarki alınıb. Masallı İcra Hakimiyyəti Başçısının Qəriblər kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəsinin baş məsləhətçisi Elməddin Əkbərzadə Meşə yanğınlarının qarşısını almaq məqsədi ilə ərazi üzrə fəaliyyət göstərən istirahət guşələrində maarifləndirici söhbətlər apardılığını, orta məktəblərdə təbiəti sevər şagirdlərində bu işə cəlb edildiyini qeyd edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin 11Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Baş məsləhətçisi Faiq Əmirov qeyd etdiki meşələrimiz 60-70-ci illərdə nəzərə çarpacaq dərəcədə seyrəlmişdi. Lakin bugün demək olarkı Masallı meşələri dövrünün ən yaxşı günlərini yaşayır. Hər il tingliklərimizdə beçərdilən ağaclar hesabına rayonun meşə fondu surətlə artmaqdadır. Masallı Dövlət Aqrar İnkişaf Mərkəzi Bitkiçilik Sektorunun böyük məsləhətçisi Əziz Cankiçizadə qeyd etdiki Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri fermerlərlə vaxtaşırı iş apardıqlarından, rayonun təsərrüfatlarında yanğın risqi demək olarki minumuma enib.

Torpağın humus qatı zədələnmədiyi üçün son illər rayonun təsərrüfatlarında məhsuldarlığın artdığı müşahidə olunur. Birliyin Eksperti Hüquqşünas Aydın Kərimov Meşələrin yandırılmasının hüquqi nəticələrindən danışaraq İnzibati xətalar və Cinayət məcəlləsinin müvafiq maddələrini şərh edib.
Tədbirin sonunda iştirakçılar “Mühit “Ekoloji Mühafizə İctimai Birliyinin hazırladığı qadağan edici lövhələri Qəriblər və Təzə Alvadı kəndləri ərazisində yanğına həssas olan yerlərdə bərkidiblər.