Elman Mənmmədov: “Bu, Ermənistan siyasi rəhbərliyinin ordularına olan laqeyd və cinayətkar münasibətinin göstəricisidir”
Xəbər verdiyimiz kimi, avqustun 12-si səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Kazaryan Aro Xaykoviç bölmələrimizin sayıqlığı nəticəsində saxlanılıb.İlkin dindirilmə nəticəsində müəyyən olunub ki, düşmən hərbiçisinin fərarilik etməsinə səbəb xidmət etdiyi hərbi hissədə baş verən özbaşınalıq, hərbi qulluqçulara qarşı edilən dözülməz və qeyri-insani münasibətdir.
Erməni hərbi qulluqçu A.X.Kazaryanın uzun müddət ərzində dəfələrlə komandirləri və digər hərbi qulluqçular tərəfindən fiziki və mənəvi təzyiqlərə məruz qalması onun baş nahiyəsindəki hematomaları və bədənindəki yaralardan da aydın görünür.
Hazırda A.X.Kazaryana tibbi yardım göstərilir. Hadisənin araşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Məlum hadisədən yola çıxaraq düşmən orusundakı vəziyyəti şərh edən millət vəkili Elman Mənmmədov “Sherg.az”a söyləyib ki, bu, Ermənistan siyasi rəhbərliyinin ordularına olan laqeyd və cinayətkar münasibətinin göstəricisidir:
“İkincisi hərbi sistemdə olan özbaşınalıq, qanunsuzluq, cinayətkarlıq düşmən ordusunda quldur dəstələrinin mövcudluğundan xəbər verir. Bu gün Ermənistanının siyasi həyatında yaşanan gərginlik orduya da sirayət edir. Həmin dartışma və gərginlik əsgərlər arasında da davam edir. Ermənistan ordusunun döyüş qabiliyyəti demək olar ki, bərbad haldadır. Əsgərlərin təminatı olduqca aşağı səviyyədədir. “Dedovşina”, əsgərlərin alçaldılması və digər başıpozuq davranışlar dərin qatlara işləyib.
Azərbaycan ordusu ilə müqayisə edilə bilməyəcək qədər zəif və gücsüzdürlər. Ermənistan ziyalıları, cəmiyyəti bundan nəticə çıxarmalıdırlar. Bu ordu ilə Azərbaycanın gücü qarşısında tab gətirə bilməzlər.
Qüdrətli Azərbaycan ordusu 1-2 həmlə ilə bu cinayətkar, təminatsız qrupu darmadağın edəcək. Ermənistan əsgərlərinin məhv edilməsini istəmirsə, qətnamə və danışıqlardan nəticə çıxarıb, torpaqlarımızdan çıxmalıdırlar. Əks halda yaxın zamanlarda onlar Azərbaycan ordusunun vurduğu sarsıdıcı zərbələr nəticəsində məhv olacaqlar. Onda Paşinyana Qarabağın kimin olduğunu sübut edəcəyik. Erməni ziyalılar, siyasətçilər düzgün nəticə çıxarmalıdırlar. Özlərinə düşüncəli lider seçib, qonşularla normal yaşamaq haqqında düşünməlidirlər. Əks halda bir dövlət və millət kimi məhv olacaqlar “.
Ermənistan ordusu: özbaşınalıq, qanunsuzluq, cinayətkarlıq, “dedovşina”... - Fotolar
13:19 14.08.2019
Qarabağ
934
Oxşar xəbərlər
Millət vəkili: "Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir"
14:19 25.11.2024
Yusif Bağırzadə: "Tezliklə Kəlbəcər də tam inkişaf etmiş rayonlarımızdan birinə çevriləcək"
12:44 21.11.2024
Xəbər lenti
Hamısına bax
Hindistan Ermənistanı yenidən silahlandırır
01:16 26.11.2024
Dünya
İbrahim Tatlısəsdən pis xəbər: yerimək qabiliyyətini itirdi
23:58 25.11.2024
Dünya
Türkiyə ordusu daha 10 terrorçunu zərərsizləşdirdi
23:48 25.11.2024
Dünya
Leyla Əliyeva Memarlar İttifaqını ziyarət etdi
23:38 25.11.2024
Gündəm
Hacıqabulda zəncirvari qəza baş verib
23:27 25.11.2024
Hadisə
Putin onu xüsusi nümayəndə təyin etdi
23:15 25.11.2024
Dünya
İlham Əliyev Donald Trampa zəng edib
22:44 25.11.2024
Siyasət
Bu hədəfə doğru irəliləyirik - Ərdoğan
22:32 25.11.2024
Dünya
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib
22:25 25.11.2024
Hadisə
Ağstafada avtomobil 65 yaşlı piyadanı vuraraq öldürüb
22:06 25.11.2024
Hadisə
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək
21:47 25.11.2024
Dünya
Ermənistan pərdə altında sülhü sabotaj edir- ŞƏRH
21:31 25.11.2024
Gündəm
Paşinyan Aşqabada getməkdən imtina etdi
21:26 25.11.2024
Dünya
İranın bir neçə aya nüvə silahı əldə etməsi gözlənilir -RƏY
20:48 25.11.2024
Dünya
Bakı-Qazax yolunda zəncirvari qəza olub
20:33 25.11.2024
Hadisə
BƏƏ-yə məxsus təyyarə məcburi Bakıya eniş etdi
20:20 25.11.2024
Gündəm
AZ QALDI: Tramp bütün transseksualları ordudan qovacaq
20:01 25.11.2024
Dünya
Oğuzda şabalıdın məhsuldarlığı aşağı düşüb
19:58 25.11.2024
Hadisə
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi
19:32 25.11.2024
Gündəm
NATO nümayəndə heyəti ilə görüş keçirilib
19:29 25.11.2024
Gündəm
Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
19:08 25.11.2024
Gündəm
Hakan Fidan NATO baş katibi ilə görüşdü
18:59 25.11.2024
Dünya
Əhalimizlə açıq danışmalıyıq...
18:50 25.11.2024
Gündəm
Misirdə turist gəmisi Qırmızı dənizdə batıb
18:21 25.11.2024
Dünya
Hərbi-ekspert Ədalət Verdiyev həbs edilib
18:02 25.11.2024
Hadisə