Ermənistandan növbəti TƏXRİBAT: “Sülh səyləri sobataj edilir”

“ATƏT-in Minsk Qrupu həmsədrlərinin ölkələri, Avropa Birliyi və digər qrumlardan reaksiyalar gösləyirik”

“Əminəm ki, bu reaksiyalar özünü gözlətməyəcək"



"Avropa Parlamentinin Azərbaycan, Ermənistan və Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq üzrə məruzəçiləri birgə bəyanatla çıxış ediblər.

Bəyanatı ümumilikdə Ermənistanın işğal faktının rəsmi səviyyədə etirafı və Cənubi Qaqaz regionunda təhlükəsizliyə xidmət etməyəcək, stabillik, inkşaf naminə etimad və sülh təşəbbüslərinin köbud şəkildə pozulması, beynəlxalq hüquq növbəti dəfə çeynənməsi kimi qiymətləndirirəm". 

Bu sözəri “Sherg.az”a beynəlxalq məsələlər üzrə ekspert, politoloq Yeganə Hacıyeva deyib. 
Politoloq Ermənistan hakimiyyətinin Azərbaycanın işğal olunmuş əraziləri vasitəsilə Ermənistandan Dağlıq Qarabağa yeni yol çəkmək qərarı düşmən ölkənin  növbəti  beynəlxalq səviyyəli təxribatı kimi dəyərləndirib. Onun sözlərinə görə, bu qərar eyni zamanda  konfliktin həlli prosesinin və bu  prosesə cəlb olunmuş beynəlxalq təşkilatların sülh səylərinin sobataj edilməsidir:



"Məruzəçilərin birgə bəyanatında konkret  Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunub. Qeyd olunub ki, "Ötən  il Ermənistan və Dağlıq Qarabağı birləşdirən üçüncü avtomobil yolunun inşasının tezliklə başlayacağı elan edilmişdi. Bu yeni yol infrastrukturu işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarını keçərək Ermənistandakı Kapan rayonunu Dağlıq Qarabağın Hadrut rayonu ilə birləşdirəcək". 

Bu yolun tikintisi barədə qərar beynəlxalq hüququn pozulması ilə paralel həm də Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində formalaşdırdığı kriminal qondarma rejimin nəqliyyat imkanlarını artır ki, bu özü Azərbaycanla bərabər Avropa Birliyinin özünü narahat edən məqamdır. 

Onsuz da Dağlıq Qarabağ konflikti Cənubi Qafqaz regionun nəqliyyat-kommunikasiya imkanlarını limitləməsi ilə paralel, Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin strateji Cənubi Qafqaz regionunda qlobal təhlükəsizliyə təhdiddir.

Belə bir yolun tikintisi Dağlıq Qarabağın və ətraf rayonların işğalını rəmzi olaraq möhkəmləndirməsi ilə pararlel Ermənistan dövlətinin dəstəyi ilə mövcud olan Dağlıq Qarabağdakı qanunsuz rejimin Yaxın Şərqdən Avropa Birliyinə qədər uzanmış olan narkotik, silah və insan alveri üçün tranzit komunikasiya imkanlarının artırılması deməkdir.

Bu təşəbbüs həmçinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinin təbii sərvətlərinin talan edilməsin sürətləndirilməsi deməkdir. Ümumiyyətlə isə, Cənubi Qafqazda istənilən nəqliyyat infrastrukturu ölkələrin beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində olmaqal paralel regionun əsas nəqliyyat tranzit ölkəsi olan Azərbaycanla razılaşdırılmalıdır.

Bu yolun çəkilməsi təşəbbüsündə isə Azərbaycanın mövqeyi bəllidir və bu bizim üçün yolverilməzdir. Odur ki,  Azərbaycan olaraq, bu təşəbbüsə bağlı Avropa parlamenti kimi , ATƏT üzv dövlətləri, ATƏT-in Minsk Qrupu həmsədrlərinin ölkələri, Avropa Birliyi və digər qrumlardan reaksiyalar gösləyirik və əminəm ki, bu reaksiyalar özünü gözlətməyəcək".