"Azərbaycan 4 ildən sonra sülhməramlı qüvvələri istəməyəcək"  - Ekspert 

 "Yaxud Rusiyanın qarşısında əsas şərt irəli sürüləcək"

“Rusiyanın Qarabağda etnik ermənilərin yaşadığı ərazidə sülhməramlı fəaliyyəti dörd ildən sonra ciddi problemlə üzləşəcək”. 

Bunu “Sherg.az”a politoloq Məhəmməd Əsədullazadə deyib. 

Ekspert bildirib ki, Azərbaycan dörd ildən sonra sülhməramlı qüvvələrin fəaliyyətinin sonlandırılmasını tələb edəcək. Yaxud Rusiyanın qarşısında əsas şərt irəli sürüləcək: 

“Silahlı erməni birləşmələri ləğv edilməli, Laçın dəhlizində Azərbaycan postu yaradılmalıdır. Əgər, Rusiya bu şərtlərə əməl etməzsə, Azərbaycana qarşı yeni təhlükə olacaq. Rusiya Qarabağdan Azərbaycana qarşı erməni təxribatlarına rəvac verəcək. Sülhməramlı qüvvələrin hazırkı missiyası bir il ərzində yalnız erməni separtizmini müdafiə etmək olub və silahlı erməni birləşmələrini Azərbaycanın təzyiqindən qoruyub. Bu, birmənalı olaraq sülhməramlı qüvvələrinin fəaliyyətini əks etdirir. Post-Putin dövründə Azərbaycan-Rusiya əlaqələrində problemlərin ortaya çıxması istisna deyil. Ona görə də sülhməramlı qüvvələrlə bağlı ciddi şəkildə planımız olmalıdır”.